Ana içeriğe atla

Kayıtlar

Ekim, 2014 tarihine ait yayınlar gösteriliyor

“HALLOWEEN” – Cadugarların xristianlaşmış bayramı

Müasir dövrdə qloballaşmanın təsiri ilə yeni-yeni “bayramlar” təqvim günümüzə daxil olmaqda davam edir. Biz isə həmin bayramın tarixini, mahiyyətini anlamadan onu qeyd edirik. Bundan əvvəl gənclərimizin sevərək qeyd etdikləri, amma anlamının fərqinə belə varmadiqları “14 fevral-Sevgililər günü”nün Valentin adlı sapıq xristian rahibin adı ilə bağlı olması tarixindən tutmuş, əsasını Bibliyada da adı çəkilən məkrli yəhudi qadın Esterin hiyləsi ilə midiyalı maqların qanlı soyqırıma uğramalarından götürərək XX əsrin əvvəllərində Lenin və digər bolşevik rəhbərliyinin “proletar toplantılarını” pozğun qadınlarla təchiz edən Klara Setkin deyilən başqa bir yəhudi qadına qədər tarixini gətirmiş olan “8 mart” haqqında yazmışdıq. Bu gün isə son bir neçə ildə Azərbaycanda dəb halını almış olan “31 oktyabr- Halloween” günü haqqında yazmaq istədik, bu “bayramı” böyük çoşğu ilə qeyd edənlərin, ən azı bu bayram haqqında məlumatl olmağa haqqları çatdıqlarını düşünərək...

PYD-Türkiyə-İŞİD üçbucağı

  İŞİD-la bağlı son proseslər və eləcə də Türkiyənin şərqində baş verən hadisələr yeni, lakin olduqca mürəkkəb bir mənzərənin ortaya çıxmasına təkan verdi. Ortada olan acı reallıq budur ki, Yaxın Şərq təkcə dövlətlərin geosiyasi və ya müxtəlif təşkilatların dini-ideoloji qarşıdurması məkanı deyil, eyni zamanda yüz ildən artıqdır ki, körüklənərək odunun sönməsinə imkan verilməyən etnik qarşıdurmalar məkanıdır. Qərb İmperializminin son iki yüz ildə Yaxın Şərqin münbit torpaqlarında əkdiyi toxumlar bu gün öz bəhrəsini artıqlaması ilə verməkdədir.