- «Difai» (2001)
- Qərbi Avropa dillərində türkizmlər (2003)
- Vəhhabilik - türkə qarşı yaradılmış təşkilat (2004)
- Əlamüt şeyxinin sirrli dünyası (2004)
- Qloballaşma və milli kimlik (21.05.2013)
- İslam və Qərb mediası (17.04.2014)
- Roma papasından Fatehə məktub
- “İxvan-ul Müslimin” keçdiyi 100 ilə yaxın yol (11.09.2013)
- Osmanlıda erməni qiyamı: XX əsrin əvvəllərində gizli təşkilatlar-erməni işbirliyi (19.12.2013)
- Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK (01.07.2014)
- Zarafatlaşdığımız 1 aprel (01.04.2014)
- 8 mart, Klara Setkin və Purim (09.03.2010)
- Qərbin "demoqrafiya" adlı silahı (30.11.2014)
- “HALLOWEEN” – Cadugarların xristianlaşmış bayramı (31.10.2014)
- Bizə "Valentin" lazımdır? (14.02.2016)
Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib.
Yorumlar
Yorum Gönder