Son illərdə türk dövlətlərində demoqrafik vəziyyətin heç də ürəkaçan olmadığını görməkdəyik. Türk respublikalarının iqtisadi inkaşafı və əhalinin sosial vəziyyətinin müsbət mənada dəyişməsinə rəğmən doğum faizi nisbətən aşağı düşməkdədir, «Ailə İnstitutu» anlayışı isə öz əvvəlki əhəmiyyətini getdikcə itirir.
7-16-cı əsrlər, Avrasiya məkanında türk xalqlarının üstün mövqedə olduqları bir ərəfədir. 900 il ərzində dünya tarixinə 17 böyük imperiya, yüzlərlə dövlət bəxş etmiş bu millət, hər iki qitədə öz hakim mövqeyini istər siyasi, istər hərbi, istərsə də elmi nailiyyətləri ilə ortaya qoymaqda idi. Bu tarixi dövrdə türk elementi dominantlıq təşkil edirdi. Türklərin sayı, onlara həmişə mənfi münasibəti ilə seçilən çin, slavyan, fars, avropa xalqları ilə müqayisədə artıma meylli idi.
16-20-ci əsrlər isə artıq bu mövqelərin tədricən əldən verilməsi və zəifləməsi ilə yadda qaldı. İmperiyaların çöküşü, Rusiya, Avropa, Çin və İranın daha üstün mövqelərə çıxması bu əsrlərdə baş verdi. Və bu çöküş ilk növbədə türk xalqlarının öz aralarında olan qarşıdurma və hərc-mərcliyin nəticəsində reallaşdı. Təssüf ki, bu gün də qazax və özbək, tatar və başqırlar arasında soyuq münasibətlər qalmaqdadır. Bundan daha çox istifədə edənlər isə, türk faktorunun yenidən dominant səviyyəyə qalxmasını (şübhəsiz ki, öz milli maraqlarından çıxış edərək) arzu etməyən dövlətlərdir. Çində uyğurların artımının son dərəcə titizliklə hesablanmış plan üzrə qarşısının alınması, İranda türklərin sayının saxtalaşdırılması, Rusiyada isə ümumiyyətlə türk xalqlarına yaradılan süni problemlər bunun əsas göstəriciləridir.
Son dörd əsr ərzində türk xalqlarının proporsional qaydada artım səviyyəsinin nə qədər aşağı düşməsini sadə bir misalla izah etməyə çalışaq. Slavyanların – 300 milyon, çinlilərin – 1300 milyon, almanların – 500 milyon olduğunu nəzərə alaraq, türklərin Qızıl Orda dönəmindən bu proporsionalla artımını hesablasaq, ümumi say 800 milyona çatmalı idi. İllərlə beynimizə yeridilən, «siz az saylısınız» (məsələn, İranda bu təbliğat son dərəcə «uğurlu» aparılmaqdadır və Kəsrəviçilik doktrinasının əsas ideya istiqamətlərindən birini də bu təşkil edir) fikri bu gün İranda, Çində, Rusiyada, Avropada müvafiq olaraq Azərbaycan türklərinin, uyğurların, tatarların, Anadolu türklərinin geniş miqyaslı assimilyasiyası ilə müşahidə edilməkdədir. Bunun qarşısını almağın yeganə üsulu isə siyasi və iqtisadi gücün qalxmasından ibarətdir. Bu gün Azərbaycan və Türkiyədə, hər iki dövlətin son zamanlardakı siyasi və iqtisadi inkişafı, eyni zamanda təbii artımın normal səviyyədə getməsi baxımından bu problem olmasa da, Orta Asiya dövlətlərində bir qədər narahatçılıq sezilməkdədir. Qazaxıstan kimi bir böyük əraziyə malik dövlətin əhalisinin yalnız yarısının (təqribən 9 milyon) türk – qazax olması, əslində ürəkaçan fakt deyil. Və müasir Qazaxstanda tək uşaqlı qazax ailələrinin sayı durmadan artmaqdadır.
Türk törəsinin əsas sütunu sayılan ailə institutu sisteminin «qərb modeli»nə uyğunlaşdırılmasının da (əslində qərbdə ailə institutu deyilən bir sistem artıq yoxdur) bu geriləmələrdə böyük önəmi olub. Hələ 50-ci illərin ortalarından başlayaraq Sovet İmperiyası yönəticiləri türk respublikalarında doğum səviyyəsinin aşağı salınması istiqamətində hər formada təbliğat aparırdılar. Bu gün həmin təbliğat total şəkildə qərb mediası və mədəniyyətinin (film və dizilərlə) təsiri ilə özünü biruzə verməkdədir.
Qərbin ailə planlaması
1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra post sovet məkanına daxil olan ölkələr, dərhal «mədəni dünyanın» «demokrafik korreksiya» tələb etdiyi ölkələr siyahısına daxil edildilər. 1992-ci ildən etibarən isə müxtəlif layihə və qrantlar hesabına «Ailə Planlaşdırma Mərkəzləri»nin kütləvi yaradılması prosesi başladı.
1992 və 1994-cü illərdə müvafiq olaraq Rio-de-Janeyroda və Qahirədə dünya əhalisinin artımı ilə bağlı beynəlxalq konfranslar keçirildi. Məhz həmin konfranslarda inkişaf etməkdə olan ölkələrə ünvanlanmış «Davamlı inkişaf» adlı proqram qəbul edildi. Qahirədə qəbul edilmiş bu proqram əslində, 1974-cü ildə qəbul edilmiş Amerikanın Milli Təhlükəsizlik Memorandumunun təkrarı idi. Doğum sayının azaldılması barədə birbaşa və açıq tələb qoyulurdu – təbii ki, qadınların sağlamlığının və onun hüquqlarının qorunmasının son dərəcə əhəmiyətli olması şəkli ilə pərdələnmiş formada! Rokfeller Fondu və bir sıra beynəlxalq təşkilatlar bu proqramın maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət edən təşkilatların siyahısında yer alırdılar. Bunun ardınca müxtəlif fondlardan maliyyələşən qeyri-hökumət təşkilatlarının əslində azad intim həyatı təbliğ edən «Seksual maariflənmə» proqramının isə nəticəsi çox ağır oldu: AİDS və buna bənzər qorxulu xəstəliklər, XX əsrin sonlarında 15-19 yaş arası uşaq və yeniyetmələrin arasında ölüm hallarının 50 faiz (!) artması, zorakılıq və psixi çatışmamazlıqlar, boşanma halları və ailədən kənar ilişgilər.
Mahiyyət etibarı ilə, bu günki demoqrafik mənzərə bir çox cavabı tapılmasında çətinlik yaradan suallar ortaya çıxarmaqdadır. Bu bir həqiqətdir ki, müasir zamanda super dövlətlərin «demoqrafik müharibəsi» artıq getməkdədir. Hətta amerikalıların özləri belə bunu açıq etiraf ediblər. 1989-cu ilin yazında «Vaşinqton Kuoterli» jurnalında çap edilmiş «2010-cu ilə qədər qlobal demoqrafik tendensiyalar ABŞ təhlükəsizliyi aspektində» məqaləsində Pentaqon açıq olaraq «əhali planlaşdırması»na yeni tip silahların yaradılması proqramı statusunun verilməsinə çağırırdı («Global Demography Trends to the Year 2010: Implications for U.S.Security», Washington Quarterly, Spring 1989).
«Geniş kütlələri inandırmaq lazımdır ki, hər ailədə orta hesabla üç, sonra isə iki uşaq olması onların fərdi və milli maraqlarına xidmət edir». Artıq sınaqdan keçirilmiş üsulla – ailə planlaşdırma mərkəzlərinin kütləvi şəkildə yaradılması və həmin mərkəzlərin də öz növbələrində «sadə, ucuz, effektiv, təhlükəsiz və davamlı vasitələrlə hamiləlikdən qorunma» istiqamətində təbliğat aparmaları – doğumu azaltmaq əsas hədəf idi. «Beynəlxalq insan artımını nəzarət altında saxlanmasını özündə ehtiva edən istənilən proqram üçün bu həyati əhəmiyyətli bir məqamdır», - memorandumu 1974-cü il memorandumunu hazırlayan müəlliflərdən biri səmimi etiraf edirdi.
Avropanın ailə «qayğısı»
Avropada demoqrafik planlamaya bu tip maraq II dünya müharibəsi illərində siyasi çalarlar almağa başladı.
Alfred Vetselin «SS reyxsfürer ordusunun «Ost» baş planı ilə bağlı təklif və iradları» isə ümumiyyətlə dəhşət doğurur: «Şərq vilayətlərində bizim üçün arzuedilməz olan əhali artımının qarşısını almaqdan ötrü, həmin yerlərdə imperiyanın daxilində əhali artımı üçün edilən vasitələrdən qəti olaraq imtina etmək lazımdır. Bu vilayətlərdə əhali artımının azalması üçün xüsusi təbliğat təşkil etməliyik. Təbliğat vasitələri əsasən, mətbuat, radio, kino, vərəqələr, kiçik broşürlər, elmi məruzələr və s. ola bilər. Biz davamlı olaraq orada yaşayan əhalinin beyninə yeritməliyik ki, çox uşaqlılıq ziyanlıdır. Uşaq tərbiyəsinin nə qədər böyük maliyyə vəsaiti tələb etdiyini göstərməli və həmin vəsaitə nə edə biləcəklərini nümayiş etdirməliyik. Uşaq dünyaya gətirərkən qadının öz sağlamlığını necə təhlükə altında qoyduğu barədə xüsusi təbliğat aparmaq lazımdır. Bununla paralel olaraq isə, hamiləlikdən qorunma preparatlarının kütləvi təbliğatı aparılmalıdır. Bu vasitələrin geniş istehsalı təşkil edilməlidir. Həmin vasitələrin və abortun yayılması heç bir halda məhdudlaşdırıla bilməz. Abort mərkəzlərinin geniş şəbəkəsi təşkil edilməlidir. Məsələn, mamaça və feldşerlər üçün xüsusi kurslar təşkil edərək onlara abort etmə əməliyyatını öyrətmək mümkündür. Bu əməliyyatlar nə qədər keyfiyyətli aparılacaqsa, bir o qədər əhali bunun düzgün və sağlam qərar olduğuna inanacaq. Şübhəsiz ki, həkimlərin də abort əməliyyatları keçirməsinə icazə verilməlidir. Və bu heç bir halda həkim etikasının pozulması halı kimi qiymətləndirilməməlidir. Könüllü sterilləşməni də təbliğ etmək lazımdır, körpə ölümünə qarşı hər cür mübarizənin qarşısı alınmalıdır. Uşaq xəstəliklərinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə və gənc anaların yeni doğulmuş körpələrə necə qulluq etməli olduqları ilə bağlı hər hansı maarifləndirmə işinə icazə vermək olmaz. Bu tədbirlərin həyata keçirilməsi ilə yanaşı boşanma halları üçün də heç bir maneə yaradılmamalıdır. Nigahdankənar uşaqlara yardım göstərilməməlidir. Çox uşaqlı ailələrə vergi güzəştləri və maddi yardımlar edilməməlidir».
Faşist Almaniyasının əsarət altına aldığı şərq xalqları üçün uyğuladığı bu siyasət, 50-ci illərdən başlayaraq Sovet dönəmində müsəlman türk «Sovet vətəndaşlarına» tətbiq edildi. Məsələn, 1954-cü ilin avqust ayının 5-də Kreml aborta görə cinayət məsuliyyətindən azad etdi, 1955-ci ilin 23 noyabrında isə ümumiyyətlə abortla bağlı qadağa aradan qaldırıldı.
Maraqlı odur ki, türk dövlətlərində ailə institutlarının getdikcə daha aşkar şəkildə arxa plana keçirilməsi fonunda, Qərb artıq bu institutun əhəmiyyətini anlayaraq onu ön plana çıxarmağa çalışır. Qərb mediası ailə problemlərinə daha artıq yer ayırır, birbaşa şüuraltı psixologiyaya təsir etmədə ən effektiv silah olan filmlərdə isə ailə anlayışına vurğu edilir. Məsələn, amerikalıların son dövrlərdə ailə siyasətini dəyişdirdiklərinin də şahidi olmaqdayıq – azad intim həyat təbliğatı ailə ənənələri, ailə sədaqəti və çoxuşaqlılıq hədəfini qarşısına qoyan «ailə ocağı» proqramı ilə əvəz olunur. Bu təbliğat yalnız təhsil müəssisələrində yeniyetmə və gənclər arasında aparılmır, kilsənin nüfuzu və gücündən də aktiv istifadə edilir. Yaxın zamanlarda Amerikada eynicinsli nigah və aborta münasibətin kəskinləşəcəyinin də şahidi ola biləcəyik. Tütün və spirtli içkilər və hamiləlikdən qorunma vasitələri kimi abort da Birləşmiş Ştatlarda məqbul sayılmayacaq və yalnız «eksport məhsulu» hesab ediləcək.
Nəticədə, ABŞ-da 2050-ci il üçün 75 milyon nəfərlik artım, yəni, əhalinin sayının 349 milyon olacağı gözlənilir.
Yorumlar
Yorum Gönder