Ana içeriğe atla

Kayıtlar

Aralık, 2019 tarihine ait yayınlar gösteriliyor

Sevr və Lozandan başlanan erməni yalanı

Amerika Birləşmiş Ştatları senatının qondarma erməni soyqırımınının tanınması ilə bağlı qətnaməni qəbul etməsi, bunun fonunda tez-tez Türkiyəyə qarşı yeni iqtisadi və hətta siyasi sanksiyaların qəbul edilməsi ilə bağlı təhdidlərin dilə gətirilməsi gələn ilin qardaş ölkə üçün o qədər də sakit keçməyəciyinin ilkin işartılarıdır. Ümumiyyətlə təkcə 2020-ci il deyil, yaxın 4-5 il Türkiyə üçün böyük sınaq müddəti olacaq, - desək, yanılmarıq. Və burada ən vacib, önəmli tərəfin Amerika olacağı da artıq məlum məsələdir. Bunun isə Lozandan, hətta Sevrdən başlanan bir əsrlik uzun bir yolu var.  Amma bu məsələni aydınlaşdırmadan əvvəl məhz adlarını yuxarıda qeyd etdiyimiz şəhərlərin isimləri ilə tarixə keçən və nəticə etibarı ilə bugünki Türkiyə Cümhuriyyətinin elanı ilə nəticələnən Sevr və Lozan müqavilələri ilə bağlı məsələlərə retrospektiv-təhlili baxış sərgiləmək lazımdır.  Ümumiyyətlə, diqqət etmisinizsə, 1923-cü ildə imzalanmış Lozan anlaşması ətrafında son illərdə ciddi fikir po