27.04.2020

Kissencer əslində nə demək istədi...

Henri Kissencerin məlum son açıqlamasına, heç şübhəsiz ki bir çoxları münasibət bildirəcək. Bu fikiləri, nə zamansa ABŞ diplomatiyasının təməl daşlarından biri olan yaşlı və təcrübəli, ən əsası da məlumatlı birisinin öngörüləri və ya hazırlanmış ssenarinin bəzi detallarını ortaya qoymaqla, gələcəkdə baş verənlərə dünya ictimaiyyətini hazırlamaq istəyi kimi qəbul edənlərdən tutmuş, sadəcə yaşlı birisinin öz arzularını gerçəklik kimi təqdim etməyə cəhd göstərməsinə qədər müxtəlif yanaşmalara şahid ola biləcəyik.

Lakin istənilən halda deyilənlərə diqqət etmək gərəkir. Ən azından ona görə ki, bu tezislər, post-pandemiya dönəmində Yaxın Şərqdə nələrin baş verəcəyi ilə bağlı ciddi ipucları verməkdədir.

15.12.2019

Sevr və Lozandan başlanan erməni yalanı

Amerika Birləşmiş Ştatları senatının qondarma erməni soyqırımınının tanınması ilə bağlı qətnaməni qəbul etməsi, bunun fonunda tez-tez Türkiyəyə qarşı yeni iqtisadi və hətta siyasi sanksiyaların qəbul edilməsi ilə bağlı təhdidlərin dilə gətirilməsi gələn ilin qardaş ölkə üçün o qədər də sakit keçməyəciyinin ilkin işartılarıdır. Ümumiyyətlə təkcə 2020-ci il deyil, yaxın 4-5 il Türkiyə üçün böyük sınaq müddəti olacaq, - desək, yanılmarıq. Və burada ən vacib, önəmli tərəfin Amerika olacağı da artıq məlum məsələdir. Bunun isə Lozandan, hətta Sevrdən başlanan bir əsrlik uzun bir yolu var. 

Amma bu məsələni aydınlaşdırmadan əvvəl məhz adlarını yuxarıda qeyd etdiyimiz şəhərlərin isimləri ilə tarixə keçən və nəticə etibarı ilə bugünki Türkiyə Cümhuriyyətinin elanı ilə nəticələnən Sevr və Lozan müqavilələri ilə bağlı məsələlərə retrospektiv-təhlili baxış sərgiləmək lazımdır. 

Ümumiyyətlə, diqqət etmisinizsə, 1923-cü ildə imzalanmış Lozan anlaşması ətrafında son illərdə ciddi fikir polemikaları və mübahisələr mövcuddur. Müqavilə imzalanandan indiyədək razılaşma ilə bağlı fərqli fikirlər səsləndirilməsinin səbəbi nədir? Doğrudanmı bu müqavilənin bilinməyən, gizli tərəfləri var? Niyə 2023-cü ilin ətrafında bu qədər ciddi polemika aparılır? Lozan müqaviləsinin müddəti həqiqətənmi 2023-cü ildə bitir? 

29.11.2018

YEMƏN TÜRKÜSÜ - ATATÜRKÜ AĞLADAN TÜRKÜ


Üsyan xəbəri gəldiyində övladlarını, bəylərini, qardaşlarını yola salan Anadolu qadınları ürəkləri sızladan ahı deməyə başlardılar. Əsgər qışlalarının önündə bığ yeri yenicə tərləmiş mehmetciklər toplanaraq adlarına Rədif Alayları deyilən cərgələr şəklində düzlənərdilər. Hərəkət tütəyi çalındğında, qopardı fəryadlar, düşərdi ahılar dillərə. Bir daha qovuşmamaq üzərə yola çıxırdılar. İstiqamətləri – Yemən çölləri idi...






25.06.2018

Türkiyədə seçkilər: verilən mesajlar və nəticə

Türkiyədə eyni gündə keçirilən prezident və parlament seçkiləri heç şübhəsiz ki, dünyanın başlıca gündəmi oldu. İstər seçkilərin nəticələri, istərsə də bu nəticələrin Türkiyəyə, eləcə də regiona təsirləri, hazırda ən çox üzərində müzakirələr açılan mövzulardır. Bir çox ilklərlə Türkiyə siyasi tarixinə keçən bu seçki əslində ciddi məqamları, nəticələri isə ciddi mesajları ilə yadda qalacaq. 

21.03.2018

NOVRUZ - TÜRKÜN «YENİ GÜN» BAYRAMI

Bahar bayramı insanlığın qeyd etdiyi ən qədim bayramladan biri, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir ki, bir çox xalqlar bu bayramı «özünküləşdirməyə» çalışır, müxtəlif rəvayət və bağlarla onu özlərinə calamağa səy göstərirlər. E.Əlibəyzadə qeyd edir ki, qədim şumer eposu «Bilqamıs» dastanında bahar bayramımız «yeni il», «yeni gün», «yazın ilk günü», «bahar bayramı» kimi adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Çin qaynaqlarından Kutaqdu Biliyə, Kaşqarlı Mahmuddan Biruniyə, Nizamül Mülkün Siyasətnaməsindən Məlikşahın təqviminə qədər, Ağqoyunlu Uzun Həsənin qanunlarınadək dava edən çoxəsrlik bir silsilə boyu Novruz ilə bağlı qeydlərə rast gəlmək olar. Digər tərəftən Sivas hökmdarı Qazi Bürhanəddin Əhməd, Osmanlılarda Sultan I Əhməd və Sultan IV Murad, Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və şeyxülislam Yəhya Əfəndinin, şairlərimizdən Pir Sultan Abdal, Füzuli, Şəhriyar və Məhdumqulunun uzun bir tarix boyu Novruz bayramının gəlişini «Novruziyyə» və ya «Bahariyyə» deyilən şerlərlə qeyd etmələrini də bilirik. Ayrıca Novruzun Türk musiqisinin ən əski mürəkkəb məqamlarından biri olarak da mədəniyyətimizdə 7 əsrdən artıq bir tarixə sahib olduğunu bilirik. Bu məqam ilk dəfə Urmiyəli Səfiyəddin Abdulmömin Urməvi (1224-1294) tərəfindən istifadə edilmişdir. Bu şəkildə hazırda əlimizdə iyirmiyədək məqam istifadə edilməkdədir. 

21.02.2018

Afrin uğrunda rəqabət?

“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi və hər keçən gün məhv edilmiş terrorçuların sayının artdığı bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar beynəlxalq media vasitəsi ilə ortaya atıldı. Əsəd rejiminə bağlı rəsmi qüvvələrin Afrinə daxil olacağı və bununla bağlı YPG/PYD terror qruplaşmaları ilə razılıq əldə edilməsi ilə bağlı xəbərlər bir sıra aparıcı media konqlomeratlarının baş xəbərinə çevrildi. Hətta Reuters belə, sanki Suriyada yeni bir dönəmin başlanacağının anonsu kimi təqdim etdi, ictimaiyyətə sızdırılan bu xəbəri. 

21.01.2018

Afrin əməliiyatı: səbəblər və mümkün nəticələr

Daha əvvəllərdə qeyd etdiyimiz kimi, Afrin əməliyyatı ciddi strateji əhəmiyyətə malikdir, ABŞ-ın bütün təzyiqlərinə rəğmən keçiriləcəyinə əminliyimizi bildirmişdik. Ümumiyyətlə hazırda yaşananlar, Türkiyənin bölgədəki mövqeyini olduqca gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq. 

Kissencer əslində nə demək istədi...

Henri Kissencerin məlum son açıqlamasına, heç şübhəsiz ki bir çoxları münasibət bildirəcək. Bu fikiləri, nə zamansa ABŞ diplomatiyasının...