Ana içeriğe atla

Nağılıln sonu


Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Hədəf yenə də mülki əhali oldu. Birinci Qarabağ savaşında da belə edirdilər. İnsanlarımızı, silahsız mülki əhalini hədəfə çevirirdilər. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır. Bütün bunlar göstərir ki Ermənistan üçün beynəlxalq hüququn norma və prinsipləri mövcud deyil.

Bir teror dövlətinin edə biləcəyi bundan artıq nə ola bilər ki?

Beynəlxalq hüququn bütün prinsip və normalarına arxa çevirən bir ölkədən başqa nə gözləmək olar?

Hətta çirkin niyyətlərinə çatmaq üçün, neçə on illərdir türkə kin və nifrət qusmaq üçün yaradıb bəslədikləri terror təşkilatlarını da Livandan, Suriyadan, Fələstindən Qarabağa köçürməyə başladılar tələsik. Bu gün 17 adda belə erməni terror təşkilatının adı məlumdur. Amma bunun da xeyri olmadı.


Bir yalan uyudurdular: kilsələrinin uydurduğu, "böyüklük xəyallarına" özlərini qapdıracaq qədər qorxulu bir nağıl. Körpələrini bu nağılları ilə böyütdulər. Düşünmədilər ki, o nağılların da bir gün sonu gələcək və o kin içində böyütdüklərinin də...

Yəqin ki, bu gün Azərbaycanda elə bir ailə olmadı ki, sevinc göz yaşları axıtmasın. Ard-arda cəbhədən gələn xəbərlər,  sanki 20 ildən artıqdır ki, düşmən tapdağı altında inləyən torpaqlarımızın azadlıq nəğməsi idi. Bu nəğmə Azərbaycan əsgərinin silahından atılan mərmi ilə ifa olunaraq, göylərdə "qisas", - deyə hayqıraran şəhid ruhlarına da bir salavat duasi idi. Haqq davası üçün düşmənə atılan o mərmidən ətrafa yayılan barıt qoxusu, sabah xarı bülbülün ətrini ciyərlərimizə çəkəcəyimizin müjdəsidir.

Müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. İkinci isə birincidən daha təhlükəli və miqyasına görə genişdir. Döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. İnformasiya müharibəsində qalib, ön cəbhədəki əsgərlərimizə dəstək üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir.

Torpağı su ilə qarışdığında palçıq, qanla qarışdığında VƏTƏN olur. Və hər qarışı babalarımızın qanı ilə yoğrulmuş bu torpaqların tam azad edilməsinə də az qalıb. Lap az qalıb. Mən buna inanıram... Biz buna inanırıq...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.