Ana içeriğe atla

Kitablarım


"Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə"
(tərcümə, C.Bayrmalı ilə birgə)
Kitabda müəllifləri naməlum olan və Azərbaycan türkcəsinə tərcümə edilərək nəşr edilməmiş dörd tarixi mənbə - "1722-1736-cı illərin erməni anonim xronikası", "Şəcərət əl-Ətrak" (Türklərin şəcərəsi), "Kitab Hüdud əl-Aləm min əl məşriq ila-l məğrib" (Dünyanın şərqdən qərbə doğru sərhədləri barədə kitab), "Əcaib əd-dünya" (Dünyanın qəribəlikləri) əsərləri tərcüməçilərin işləyib hazırladıqları izahlar və şərhlərlə təqdim olunur.
Bakı, "Nurlan", 2003.







"Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı"
(monoqrafiya)
Monoqrafiyada beynəlxalq jurnalistikada mpvcud olan etik normaların struktur xüsusiyyətləri və prinsipləri, Azərbaycan mətbuatında bu normaların gözlənilməsi problemi araşdırılmışdır. Kitabda beynəlxalq jurnalistikada qəbul edilmiş jurnalist etikasına dair etik norma və prindiplərin istər yaradıcı tərəfi, istərsə də kodeks və qanunvericilikdə təsbit edilmə formaları nəzəedən keçirilmiş, ölkəmizdə fəaliyyət göstərən KİV-nin Qəeb ölkələrinin bu sahəyə aid təcrübəsindən necə yararlandığı tədqiq edilmişdir. 
Bakı, "Nurlan", 2006.





"X əsr yəhudi-xəzər yazışması"
(tərcümə)
Kitabda Kardoba xilafətinin əyanı, yəhudi seferodunun rəhbəri Xasday ibn Şafrutun Xəzər xaqanı Yusifə məktubu, xaqanın ona cavab məktubu, eləcə də Yusifin təbəəsi olan naməlum xəzər yəhudisinin məktubu əks olunmuşdur. X əsrə aid edilən bu tarixi məktublar ilk dəfə ana dilimizə tərcümə edilərək oxucuların ixtiyarına təqdim edilir. Tərcümə zamanı Pavel Kokovtsevin çevirisi əsas kimi götürülüb. 
Bakı, "Qanun", 2009.







"Media imperiyası"
(monoqrafiya)
Monoqrafiyada müasir dövrümüzün aktual mövzularından biri olan media korporasiyaların qlobal informasiya məkanına təsiri problemi araşdırılıb. Əsərdə XXI əsrin əvvəllərində dünya jurnalistikasının inkişafında müşahidə olunan ziddiyyətli məqamlar nəzərdən keçirilir, media korporasiyalarının informasiya məkanına təsiri və inhisar problemi faktoloji materiallar əsasında təhlil edilir. 
Müəllif  kitabda qloballaşma şəraitində KİV (I fəsil), Media sektorunun kommersiyalaşması, KİV sahəsində monopoliya problemini (II fəsil), media korporasiyaların formalaşması və fəaliyyət istiqamətlərini (III fəsil), informasiya siyasətinə və dövlətlərarası münasibətlərə media korporasiyaların təsirini (IV fəsil) araşdırma predmetinə çevirib və maraqlı nəticələr əldə edib.
İnformasiya cəmiyyətinin inkişafı minillik çərçivəsində ən aparıcı dünya konsepsiyalarından biridir. Bu gün hər dövlətin qüvvəsi tək sənaye və hərbi potensialla deyil, birinci növbədə vaxtında qlobal informasiya fəzasına yerləşmək, gələcək informasiya əsrində informasiya ehtiyatları və bilikləri yaratmaq, ondan istifadə etmək qabiliyyəti ilə müəyyən edilir. Bir çox ölkələrdə informasiya cəmiyyətinin formalaşmasının lideri qismində ən yaxşı inkişaf etmiş informasiya infrastrukturna, ən müasir kommunikasiya texnologiyalarına malik böyük şəhərlər çıxış edir. Son zamanlar psixolojı təsir, “beyinlərin yuyulmasına” yönəlmiş texnologiyalar inkişaf edir. Belə texnologiyalarda elm və texnikanın, xüsusən də telekommunikasiya və kompüter texnologiyalarının nailiyyyətlərindən istifadə edilir. Bu texnologiyaların inkişaf səbəbi iş adamları, siyasətçi, müəllim, alimlərin ən müxtəlif tələbatlarından irəli gəlir və reklam, seçkilər, müxtəlif geosiyasi proseslər, müharibə və digər münaqişələrdə əhəmiyyətli fenomen kimi iştirak edir.
Ümumiyyətlə müəllifin “Media imperiyası” əsəri, təkcə jurnalistikanın nəzəriyyəsi ilə məşğul olan ixtisas sahiblərinə və bu ixtisas üzrə təhsil alan tələbələrə və magistrlara deyil, eyni zamanda digər peşə sahibləri və eləcə də dünyada baş verən ictimai-siyasi proseslərlə maraqlanan hər bir kəs üçün əhəmiyyətli mənbə sayıla bilər.
Bakı, "Nurlan", 2012.

Kitab haqqında:

“Media imperiyası” çap olundu - publika.az
"Media imperiyası" adlı əsər çapdan çıxıb - veteninfo.az



"Sirr"
(roman)
Romanda nəql edilən hadisələr 10-cu əsrdə baş verir. Xəzərlərin süqutundan sonra Kiyevin güclənməsi nəticəsində Svyatoslavın qohum tayfaları özünə tabe etməsi və bu zaman ona dirəniş göstərən rus knyazları ilə savaş açması, oğuz türklərinin təsadüfən bu münaqişələrə cəlb edilməsi fonunda, ilahi sirləri özündə ehtiva edən qədim əlyazmanı ələ keçirmək istəyən gizli təşkilatla həmin sirin qoruyucuları arasaında gedən şiddətli və acımasız savaşın tam ortasına düşən və ayrı-ayrı dünyaları təmsil edən iki gəncin təmiz duyğuları haqqındadır. Əsərdə bir sıra tarixi məqamlara, o cümlədən 970-ci illərdə Slavyan tayfaları arasında gedən münaqişələrə də diqqət yetirilib. Knyaz Svyatoslav, onun oğlu Vladimir kimi tarixi obrazlar əsərdə yer alıb. Xəzərlərin faciəli sonluqla bitən xəyanətlərlə zəngin süqutuna yeni bir baxış sərgilənib. 4000 ildən artıqdır Yaxın Şərqdə bitməyən savaşın mahiyyəti ilə bağlı yeni versiya ortaya atılıb. Kitab təkcə tarixi roman janrında yazılmış ədəbiyyat həvəskarları üçün deyil, eyni zamanda türk və slavyan tarixi ilə maraqlananların diqqətini cəlb edəcək.
Bakı, "İrfan", 2013.

Roman haqqında məlumatlar:
Xəzər türklərinin tarixindən bəhs edən roman çap olundu - publika.az


Roman haqqında rəylər:
Ceyhun Bayramlı: "Həqiqətləri əks etdirən bir tarixi roman haqqında düşüncələr".
Elmin Nuri: "Oğuz türklərinin və gizli təşkilatlarının sirri". 


Vüqar Zifəroğlunun “Sirr” romanının müzakirəsi keçirilib
Vüqar Zifəroğlunun “Sirr” kitabının müzakirəsi




  "Azərbaycan hökmdarları: Səfəvilər"


Azərbaycan Səfəvilər dövlətini, dünya ictimaiyyətinin, elmi sferasının bir çox hissəsi İran dövləti kimi tanıyır və öyrənirlər. Bu da xarici ölkələrdə yaşayan və təhsil alan soydaşlarımızın ciddi narazılığına səbəb olur. Tarixdən məlumdur ki, bu dövlət sırf Azərbaycan xalqına məxsus olmuş, ölkəmizin ərazisində yaranmış, dövlətin idarəedilməsi buradan həyata keçirilmişdir. Səfəvilərə “iranlılıq” prizmasından yanaşan xarici dövlətlərin elm və təhsil,media sahələrinin addığı bu yanlış addım bəzən qəsdən yox sırf təbliğatın zəifliyindən, məlumat azlığından qaynaqlanır. Bütün bu neqativ ünsürlərin həllinə yardımçı vəsait olaraq Səfəvi hökmdarları barədə lakonik, lakin məzmun və mahiyyət etibari ilə maarifləndirici xarakter daşıyan bu albom olduqca mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əsərin əsas özəlliyi onun iki dildə (Azərbaycan, ingilis) olmasıdır. Vurğulanmalıdır ki, sırf hökmdarlar üzərində fokuslanmaqla ilk dəfədir ki, belə bir kitab işlənir. Kitabın ən böyük spesifik xüsusiyyəti ondan ibarətdir ki, orada təkcə Səfəvi hökmdarları geniş təsvir edilmir, eyni zamanda onların şəkilləri təqdim edilir, eləcə də dövlərinə aid bayraqlar və sikkələrin, xəritələrin təsvirlərinə də geniş yer ayrılır.
Bakı, "Elm və təhsil", 2015.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...