Ana içeriğe atla

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi. 

Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə oldular (Maraqlananlar bu barədə qələmə aldığım “Gizli təşkilatlar-erməni işbirliyi: osmanlıda erməni qiyamı” araşdırma məqaləmlə tanış ola bilərlər). 

Aşağıda son 100 ildə aktiv şəkildə fəaliyyət göstərərək bölgədə etnik türklərə qarşı terror fəaliyyəti göstərmiş erməni terror təşkilatlarının siyahısını təqdim edirik: 

1. “Armenakan” Partiyası: 1885-ci ildə yaradıldı. İran və Car Rusiyası ərazilərində məskunlaşmış ermənilərlə sıx əməkdaşlıq edirdi. Türkiyənin Van, Muş, Bitlis və Trabzon bölgələrində etnik türklərə və kürdlərə qarşı terror və silahlə basqınlar həyata keçirirdi. 

2. “Hnçak” Partiyası: Jenevada 1887-ci ildə yaradılıb. Əsas hədəfləri Türkiyənin Anadolu bölgəsi və “İran Ermənistanı” və “Rusiya Ermənistanı” adlandırdıqları bölgələrin hesabəna “Böyük Ermənistan” yaratmaq olub. Partiyanın proqramının 4-cü maddəsində yazılır: “Qarşıya qoyulan hədəflərə çatmaq üçün, təbliğat, təşviqat, teror və dağıdıcı təşkilatın yaradılması üsulu seçilməlidir”. Bu təşkilat fəaliyyətini əsasən Anadolu, Azərbaycan və Güney Azərbaycan ərazilərində yerli türklərə qarşı teror və silahlı hücumlar təşkil etmək üzərində qururdu. 

3. “Daşnaksütyun” Partiyası: 1890-cı ildə Tiflidə yaradılıb. Əsas hədəfi Azərbaycanın Qarabağ və Naxçıvan qəzalarında və Anadolu torpaqlarında Ermənistan dövləti qurmaq olub. 1892-ci ildə Partiyanın Tiflisdə keçirilən ilk qurultayında türk əhaliyə qarşı silahlı hücumların təşkil edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu qurultaydan sonra partiya tərəfindən “Hər yerdə və hər fürsətdə türkü öldür, - şüarına əməl etməyən hər erməni satqınından qisas al və öldür” qərarı qəbul edildi. Daşnaklar tərəfindən yaradılmış bir neçə terror qruplaşmaları var: 1973-cü ildə yaradılmış və 1980-82-ci illərdə Danimarka, Avstriya və Portuqaliyada türk diplomatlarını qətl edən “Erməni soyqırımı qisasçıları”; Gizli terror qruplaşması “DRO” və onun uzantıları “Dro-8”, “Dro-88”, “Dro-888” və “Dro-8888”. 
4. “Azadlıq uğrunda gizli erməni ordusu” (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında xüsusi təlim görmüş yüzlərlə nümayəndəsi var idi. Fəaliyyətinin ilk 6 ilində 19 türk diplomatının Avropanın müxtəlif ölkələrində terror yolu ilə şəhid edilməsi bu təşkilatın adı ilə bağlıdır. 

5. “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA): 1975-ci ildə yaradılmış bu terror təşkilatının qərargahı Beyrutda, təlim-məşq bazaları Suriya ərazisində yerləşir. Təşkilatın hədəfi Türkiyənin şərq əyalətlərində, İranın şimalında, Azərbaycanın Qarabağ və Naxçıvan bölgələrində “Böyük Ermənistan” yaratmaqdır. ASALA Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı çoxsaylı terror aktları həyata keçirib. “Əbu Nidal” (Fələstin), “Qara sentyabr” (Fələstin) terror təşkilatları ilə sıx əməkdaşlığında əsas kilid isim Akop Akopyan adlı erməni olub. 1980-ci ildə Afinada türk diplomatının qətli ilə bağlı məsuliyyəti öz üzərinə götürən Akopyan 1 avqust 1980-ci il tarixli “Nyu York Tayms” qəzetinə müsahibəsində bildirirdi: “Bizim düşmənimiz Türkiyə, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir”. 1980-ci ilin aprel ayında ASALA Türkiyəyə qarşı çoxsaylı terror aksiyaları həyata keçirən digər təşkilat PKK (Kürd Fəhlə Partiyası) ilə birgə fəaliyyətin koordinasiyası və müştərək terror aksiyalarının həyata keçirilməsi ilə bağlı razılaşma əldə edir. 80-ci illərin ortalarına doğru Türkiyə Milli İstihbarat Təşkilatı və Avropada olan Türk milliyyətçilərinin səyi ilə təşkilata ciddi zərbələr endirildikdən sonra, ASALA-nın sıralarında olan erməni terrorçular kütləvi şəkildə PKK sıralarına qoşulurlar. 1993-cü il 28 apreldə Beyrutda “Bakı-Tbilisi-Ceyhan” neft boru xətti layihəsinin həyata keçirilməsinə qarşı mübarizə aparacaqlarını bəyan edirlər. 

6. “Qeqaron”: ASALA tərəfindən 2001-ci ildə yaradılmış terror təşkilatıdır. Hədəfləri türk kökənli diplomat, siyasətçi və iş adamlarına qarşı Cənubi Qafqaz və Orta Asiya ərazilərində terror aksiyaları həyata keçirməkdir. 

7. “Azadlıq uğrunda erməni hərəkatı” (AOD): 1991-ci ildə Fransada təsis edilib. Terror fəaliyyətini ASALA ilə sıx əməkdaşlıq şəklində həyata keçirir. 

8. “Erməni qurtuluş cəbhəsi”: 1979-cu ildə yaradılıb, ASALA-nın tərkibində hesab edilir. Türkiyə və Azərbaycana qarşı terrorçuların hazırlanması ilə məşğul olur. 

9. “Orli Qrupu”: Fransada yaşayan erməni gənclər tərəfindən yaradılıb. 1987-ci ilədək dünyanın müxtəlif ölkələrinin aeroportlarında 10-dan yuxarı terror aksiyası həyata keçirib. 

10. “Erməni genosidinin ədalət kommandosu”: 1972-ci ildə “Daşnaksyutun”un Vyanada keçirilən qurultayında təsis edilib. Təşkilatın məqsədi erməni əsilli livanlı gəncləri müxtəlif erməni terror təşkilatlarının sıralarına cəlb etmək, Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı terror aksiyaları həyata keçirməkdir. 

11. “Erməni Birliyi”: 1988-ci ildə Moskvada yaradılıb. ASALA ilə sıx əməkdaşlıq edir, postsovet məkanında terrorçuları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağ ərazisinə silah və muzdluların təminatı işinə nəzarət edir. 

12. “Demokratik cəbhə”: ABŞ, Kanada, Qərbi Avropa ölkələrində fəaliyyət göstərir. Erməni diasporasının dəstəklədiyi əsas təşkilatlardandır. Hədəfi Türkiyənin bir dövlət olaraq dağılması və məhvidir. 

13. “Gənc ermənilər ittifaqı”: 1990-cı ildə Fransada yaradılıb. Türk diplomatlarının oğurlanması və öldürülməsinə görə məsuliyyət daşıyır. 

14. “9 iyun qrupu”: 1991-ci ildə İsveçdə yaradılıb. 80-ci illərin əvvəllərindən başlayaraq türk diplomatlarına və Avropa aeroportlarında törətdikləri terror aksiyalarına görə həbsdə yatan erməni terrorçularının qaçırılmasına cəhdlər etməklə tanınır. 

15. “İsveç qrupu”: Avropa fəaliyyət göstərir və Fransada, İtaliyada, Yunanıstanda həyata keçirilən 4 terror aksiyasına görə məsuliyyət daşıyır. 

16. “İntihar eskadronu”: 1981-ci ildə Fransada yaradılıb. Həmin il Türkiyənin Fransada yerləşən səfirliyini ələ keçirmək məqsədi ilə silahlı hücum təşkil edib. Nəticədə təşkilatın 4 üzvü, o cümlədən rəhbəri Yan Kaşkayan həbs edilib. 

17. “Apostol”: “Ermənistanın müdafiə ittifaqı” tərəfindən 2001-ci ilin 29 aprelində təsis edilib. Əsasən Livan, Suriya və Ermənistan vətəndaşlarını öz sıralarında birləşdirir. Təşkilatın əsas hədəfi Türkiyə və Azərbaycan ərazilərində terror aksiyaları həyata keçirməkdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Əlamüt şeyxinin sirli dünyası

1098-ci ildə Fransa imperatorunun şəxsi nümayəndəsi qraf De La Kotye bir neçə həftəlik uzun və ağır yol qət etdikdən sonra, nəhayət ki, səfərinin əsas məqsədinə – Əlamüt qalasına çatdı. İranın şimalında, dağların əhatəsində yerləşən bu qala, öz əlçatmazlığından daha çox, sahibinin adı ilə məşhurlaşmışdı. Qraf, məhz qəsrin sahibi ilə görüşmək üçün bu qədər uzun və təhlükəli yol qət etmişdi. Həsən ibn Əs-Sabbah fransızların səfirini şərq lütfkarlığı və eyni zamanda soyuqqanlığı ilə qarşıq bir şəkildə qarşıladı. Bu öz növbəsində hər şeyi ifadə edə biləcəyi kimi, heç nəyi də göstərə bilərdi. Şərq ölkələrində yaşadığı illər ərzində qraf bir həqiqəti dərk etmişdi – insanın necə gülməsi və ya nə danışması əhəmiyyət kəsb etmir. Əhəmiyyətli sayıla biləcək şey – həmin insanın nə zaman və necə hərəkət etməsidir. Qrafın qarşısına qoyulan məqsəd də, məhz, bu sonuncunu aydınlaşdırmaqdan ibarət idi – Şeyx Həsən və onun müridləri nə etməyə hazırlaşırlar.

Türkizmlər

Qərbi Avropa dillərində türkizmlər  Türkologiya uzun müddət qarşısına qoyulan səddləri aşaraq, nəhayət ki, adını öz üzərinə götürdüyü ulu bir etnosun tarix və ədəbiyyatının qaranlıq səhifələrinə qovulmuş şanlı irsini öyrənmək istiqamətində ciddi nəticələr əldə etməkdədir. Əsasən 20-ci əsrdən populyarlaşan «bəşəriyyətin ən mədəni və şanlı irsini hind-avropalılar yaratdılar» şüarı ilə oturub-duran «alimlər» tərəfindən ortaya atılmış paradokslarla zəngin bir əfsanə, nəhayət ki, bir çox türkoloq ziyalıların göstərdikləri çaba ilə gerçək sifətini açmağa başladı. Oljas Süleymanov demişkən, «Budda ayağına tapınan buddalılar tək, Hind-Avropa çəkməsinin dar qəlibinə sitayiş edən çəkməçilər bizə həqiqəti söyləyə bilməz, bu həqiqəti biz özümüz yada salmalıyıq». Böyük bir mədəni epoxanın yaradıcısı olan türklərə o dərəcədə həqarət edilirdi ki, onlarda hətta bir yazı və əlifbanın olmadığı belə müzakirə predmetinə çevrilmişdi. «Türklər köçəridir, maldardır, onların mədəni irsi ola bil...