Ana içeriğe atla

“HALLOWEEN” – Cadugarların xristianlaşmış bayramı

Müasir dövrdə qloballaşmanın təsiri ilə yeni-yeni “bayramlar” təqvim günümüzə daxil olmaqda davam edir. Biz isə həmin bayramın tarixini, mahiyyətini anlamadan onu qeyd edirik. Bundan əvvəl gənclərimizin sevərək qeyd etdikləri, amma anlamının fərqinə belə varmadiqları “14 fevral-Sevgililər günü”nün Valentin adlı sapıq xristian rahibin adı ilə bağlı olması tarixindən tutmuş, əsasını Bibliyada da adı çəkilən məkrli yəhudi qadın Esterin hiyləsi ilə midiyalı maqların qanlı soyqırıma uğramalarından götürərək XX əsrin əvvəllərində Lenin və digər bolşevik rəhbərliyinin “proletar toplantılarını” pozğun qadınlarla təchiz edən Klara Setkin deyilən başqa bir yəhudi qadına qədər tarixini gətirmiş olan “8 mart” haqqında yazmışdıq. Bu gün isə son bir neçə ildə Azərbaycanda dəb halını almış olan “31 oktyabr- Halloween” günü haqqında yazmaq istədik, bu “bayramı” böyük çoşğu ilə qeyd edənlərin, ən azı bu bayram haqqında məlumatl olmağa haqqları çatdıqlarını düşünərək...

"Halloween", ingilis dilindən “All Hallows' Eve və ya All Saints' Eve” bayramının qısadılmış adıdır. Bayram öz əsasını xristianlığa qədərki dövrdən Böyük Britaniya adasının xalqlarından – İrlandiya və Şotlandiyanın aborigen əhalisi olmuş qədim kelt tayfalarından götürür. İngilis dilinin Oksford lüğətinə əsasən, şotland ifadəsi kimi “Halloween” ilk dəfə məhz “All-Hallows-Even ” şəklində 16-cı əsrə aid əlyazmada qeyd edilir, mənası “Bütün müqəddəslərin axşamı” (even – evening (axşam) sözünün qısadılmış formasıdır) anlamını ifadə edir. Bu ifadə yazılı mənbələrdə 1556-cı ilə qədər rast gəlinmir. Xristian ölkələrində qeyd edilən “Bütün müqəddəslərin günü” bayramından bir gün öncənin - oktyabr ayının 31-də axşam saatlarında qeyd edilir. 

Hellouin ənənəvi olaraq əvvəllər ingilisdilli ölkələrdə bayram edilirdi. Lakin XX əsrin sonlarından başlayaraq dünyada gedən qloballaşma və “amerikanlaşma” mədəni ekspansiyası nəticəsində digər ölkələr və xalqlarda, o cümlədən bizdə də bu qeyri-adi bayramı qeyd etmək dəbi formalaşdı.

“Halloween”in mənşəyini qədim Romada qeyd edilən “Parentalia” bayramı ilə əlaqələndirirlər. Həmin gün romalılar vəfat etmiş valideynlərini və qohumlarını yad edirdilər. Fevral ayının 13-də qeyd edilən bu qədim bayramı günorta saat 12 tamamda xüsusi kahin qadın (Vestalis Maxima) qurban kəsməklə açırdı və 21 fevralda “feralia” adlı orgiya və müxtəlif həmin dövr üçün xarakterik olan elementlərlə zəngin böyük qutlama sona çatırdı. 

Lakin “Halloween”in tarixini araşdıran tədqiqatçı Nikolas Rocers qeyd edir ki, onun “Parentalia” ilə əlaqələndirilməsi yanlışdır və qədim keltlərin xristianlığa qədərki “Samhain” bayramı ilə əlaqələndirilməlidir. Bu bayram haqqında məlumata isə X əsrə aid qədim irland əlyazmalarında rast gəlmək olar. Bayramın adının mənası isə qədim irlandcadan “yayın sonu” anlamını ifadə edirdi. Sonralar Samhain – noyabr ayının irlandca adına çevrilir. 

Oksford folklor lüğətinə görə, Samhain – bütünlüklə Britaniya xalqları tərəfindən qeyd edilirdi və daha çox ölüm və fövqəlgüclərlə əlaqədar idi. VIII əsrdə xristianlığın İrlandiyada möhkəmlənməsi ilə “Bütün müqəddəslər günü” getdikcə “Samhain”I sıxışdırmağa başlayır və beləliklə getdikcə gələcəkdə qeyd ediləcək “Hellouin”in əsası qoyulmağa başlanır. X-XI əsrə yaşamış kilsə rahiblərinə aid gündəliklərdə gecə qeyd edilən bayram zamanı dəhşətli ritullar keçirildiyi, bu zaman şər qüvvələrlə - o cümlədən ruhlar və cinlərlə (demons) təmasda olduqları barədə yazılar mövcuddur. Keltlərin inancına görə, həmin gün “dirilərin və ölülərin dünyaları öz qapılarını açır və bu səbəbdən də dünya ruhlar və şər qüvvələrlə dolur”. Şər qüvvələrin hücumlarından özlərini qorumaq üçün, keltlər evdə yanan hər şeyi söndürür, özləri isə müxtəlif heyvan dəriləri geyinərdilər. Onlar inanırdılar ki, belə etməklə gələn şər fövqəlqüvvələri qorxuda biləcəklər. Hər evin qarşısında ruhları qonaq etmək üçün qoyulmuş şirnilərə rast gəlmək olardı. Keltlərin özləri isə druid kahinlərinin qaladıqları tonqalların ətrafına toplaşır, müxtəlif heyvanları (bəzi əlyazmalara görə, insanlar da) qurban kəsirdilər. Bu zaman istifadə edilən rituallar, sonradan bir çox qara magiya elementləri kimi şər qüvvələrin çağırılması və iblisə pərəstiş (satanizm) elementlərində də öz əksini tapdı. Qurbankəsmədən sonra isə druidin xüsusi ritualı ilə guya ki, “müqəddəsləşdirdiyi” tonqaldan od götürərək evlərinə gətirirdilər. 

Bayramın simvolu isə boranı idi. O nəinki yayın bitməsini və məhsul yığımını simvolizə edirdi, həm də tonqaldan götürülən odla içində yandırılan işıq vasitəsi ilə şər qüvvələri qorxutmalı idi. 

IX əsrdə Roma papası III Qriqorinin əmri ilə “Bütün müqəddəslərin günü” noyabr ayının ilk gününə təyin edilir. Katolik kilsəsi bununla “Samhain” bayramını sıxışdıraraq tamamən aradan qaldırmağa çalışırdı. Lakin gözlənilənin əksi baş verir. Artıq bu dövrdən başlayaraq iki bayramın çulğalaşması dövrü başlayır. “Samhain” kimi Hellouin də 31 oktyabrdan 1 noyabra keçən gecə qeyd edilir. Təqribən XVI əsrdə 31 oktyabr gecəsi qapıları döyərək şirin şeylər istəmək ənənəsi formalaşır. 

Beləliklə bi bu bayramın tarixinə və mahiyyəinə qısa da olsa nəzər yetirməyə çalışdıq, bununla da borcumuzdan çıxdıq. Artıq qeyd edib-etməmək, sizlərə qalmış...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…