Ana içeriğe atla

Kayıtlar

Mart, 2014 tarihine ait yayınlar gösteriliyor

Krım Ukraynadan qoparılsa...– TƏHLIL

Ukraynada Yanukoviçin devrilməsi ilə nəticələnən meydan hərəkatı, Rusiya-Qərb qarşıdurmasının kulminasiya nöqtəsinə daxil oldu. Bu nöqtə - Krımdır. Rusiya Ukraynanı güzəştə getməklə Qərbə məğlub olmaq niyyətində deyil. Moskva bunu əməli addımlarla ortaya qoymaqdadır. Krım yarımadasına hərbi müdaxiləyə Rusiya tərəfi Federasiya Şurasının qəbul etdiyi qərarla hüquqi zəmin yaratdı. Əslində rus ordusu faktiki olaraq yarımadaya daxil olub. Xarkov və Donetsk şəhərlərində vilayət rəhbərliklərinin binasında Ukraynanın bayrağı endirilərək Rusiya bayrağı ilə əvəz edilib. Qərb isə hələ ki, siyasi bəyənatlar verməkdədir. 2008-ci ilin avqustunda rəsmi Tbilisini Moskvanın pəncəsi altında yalnız qoyan Qərb, bu dəfə də Kiyevin eyni taleyi yaşamasına göz yumacaqmı? Ümumiyyətlə Ukrayna və əsasən də Krım niyə bu qədər əhəmiyyətlidir?