Ana içeriğe atla

Kayıtlar

Haziran, 2014 tarihine ait yayınlar gösteriliyor

Məzhəb qarşıdurması adı altında qanlı rəqabət - təhlil

İraqda və Suriyada baş verən son proseslər, Yaxın Şərqdə yeni bir ssenarinin işə düşdüyünü ortaya qoymuş oldu. İraq-Şam İslam Dövləti (İŞİD) həyata keçirdiyi əməliyyatlarla bölgədə baş verən siyasi proseslərə yeni istiqamət verdi. Türkiyə konsulluğuna basqın və girovların götürülməsi, Tikrit, Mosul, hətta bəzi məlumatlara görə Samirə şəhərinin də qruplaşmaya bağlı silahlılar tərəfindən nəzarətə götürülməsi, Bağdadın 100 kilometrliyinə qədər irəliləmə, Kərkük və Kərbəlanın əsas hədəf kimi göstərilməsi, bölgədə iştirakçı olan bütün dövlətləri hərəkətə keçmək məcburiyyətində buraxdı. 

Rusiyanın geosiyasi demarşı: Avrasiya İttifaqı? - təhlil

Çoxdandır ki, reallaşması gözlənilən Avrasiya İttifaqının yaradılması ilə bağlı sazış, bir neçə gün öncə imzalandı. Hələ ideya olaraq ətrafında geniş müzakirələrə və fərqli yanaşmalara səbəb olan ittifaqı hətta SSRİ-nin yeni formatda yaradılmasına cəhd kimi də qiymətləndirənlər tapıldı. Rusiyanın yeni geosiyasi və geoiqtisadi formatlar ortaya atmasında başlıca hədəflər nədir və bu formatların hər hansı bir təsir gücü olacaqmı? İndi bu suallara məhz Avropada Ukraynanın timsalında qanlı çarpışmaların getdiyi, Yaxın Şərqdə isə Suriyanın timsalında Əsəd rejiminin bir çox proqnozları alt-üst edərək İran və Rusiyanın dəstəyi ilə hələ də ayaq üstə qalmasının fonunda cavablar axtarılır...