Yaxın Şərqdə baş verən son hadisələrin fonunda mövqelərini kifayət qədər gücləndirməyə müvəffəq olmuş İran, ABŞ-la münasibətlərində son zamanlar müşayət olunan istiləşmə, Əsədin İŞİD faktoru səbəbi ilə arxa plana keçərək öz mövqelərini daha da möhkəmləndirməsi, eləcə də Qərbin başının Rusiyaya qarışdığı bir dönəmdə fürsətdən maksimum yararlanmaq qərarına gəldi. Və müntəzəm olaraq Yəmənin daxilində aktivləşdirilən “Husilər” faktorundan bəhrələnərək ərəblərin içinə doğru irəliləməyə cəhd göstərməkdədir.