Türkiyə ilə İsrailin Roma anlaşması, ardınca Türkiyə prezidenti Ərdoğanın Rusiyalı həmkarına barışıq məktubu və bir gün sonra İstanbul havalimanında qanlı saldırı... Əslində bölgədə bundan sonra baş verəcək hadisələrə birbaşa təsir edəcək və hər üçündə baş rolda Türkiyənin yer aldığı sözügedən vacib hadisələr, biri-biri ilə əlaqəlidir. Məhz Ankaranın İsrail və Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi ilə atdığı addımların nəticəsi kimi qiymətləndirmək olar son terror hadisəsini.