Türkiyəyə olan təzyiqləri artırmaq üçün etnik separatizmlə yanaşı, yaxın gələcəyə hesablanmış məzhəbsəl faktorlarla körüklənən münaqişələr üçün də zəmin hazırlamaqdadırlar. Diqqət edin: bu gün Yaxın Şərqdə baş verən münaqişələr artıq son dərəcə təhlükəli boyut olan – məzhəbsəl qarşıdurma şəklini almağa başlayır. Və bundan yalnız bölgədə marağı olan qüvvələr – Qərb, Rusiya deyil, eyni zamanda bölgədə öz nüfuzunu artırmağa çalışan və bunun üçün də məzhəbsəl vurğuya xüsusi önəm verən ölkələr – İran, ərəb ölkələri də yararlanmağa çalışırlar. Təbii ki, münaqişələrin belə bir boyut alması, hər iki məzhəbə qucaq açmış və onu öz içində barındıran türk coğrafiyası üçün ciddi təhükə mənbəyinə çevrilə bilər ki, zatən başlıca hədəf də elə budur.