İstər Myanmarda (biz həm də Birma adı ilə tanıyırıq) olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur. Yüzillərdir münaqişəsi bitməyən Yaxın Şərq buna əyani sübutdur. Bu səbəbdən hazırda Myanmarda baş verənləri biz, sadəcə olaraq həmin əraziləri nəzarət altında saxlamaq istəyən güclərin toqquşması kimi qiymətləndirə bilərik. Faciəli haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilməkdədir. Halbuki bölgədə yaşananlar yeni deyil və bunun təməli 20-ci əsrin 40-cı illərinə dayanır.