Henri Kissencerin məlum son açıqlamasına, heç şübhəsiz ki bir çoxları münasibət bildirəcək. Bu fikiləri, nə zamansa ABŞ diplomatiyasının təməl daşlarından biri olan yaşlı və təcrübəli, ən əsası da məlumatlı birisinin öngörüləri və ya hazırlanmış ssenarinin bəzi detallarını ortaya qoymaqla, gələcəkdə baş verənlərə dünya ictimaiyyətini hazırlamaq istəyi kimi qəbul edənlərdən tutmuş, sadəcə yaşlı birisinin öz arzularını gerçəklik kimi təqdim etməyə cəhd göstərməsinə qədər müxtəlif yanaşmalara şahid ola biləcəyik. Lakin istənilən halda deyilənlərə diqqət etmək gərəkir. Ən azından ona görə ki, bu tezislər, post-pandemiya dönəmində Yaxın Şərqdə nələrin baş verəcəyi ilə bağlı ciddi ipucları verməkdədir.