Ana içeriğe atla

Bayramımız mübarək!


Düz 95 il öncə bütün Şərq dünyasında yeni bir ulduz parladı, Azərbaycan adlı... 
Türk-İslam dünyası ilk cümhuriyyətinin quruluşuna tanıqlıq etdi. Hürriyyət və İstiqlaliyyət eşqi ilə döyünən ürəklər, başlarının üzərində dalğalandırdığı Türklüyün, Müasirliyin və İslamın simqəsi olan ay uduzlu bayrağı şərəflə dünyaya tanıtdılar. 
Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Xudat bəy Məlikaslanov, Xosrov bəy Sultanov, Xəlil bəy Xasməmmədov... Adlarını çəkə biləcəyimiz daha neçə belə onlarla ŞƏRƏFLİ KİŞİLƏR! Bu adlar Azərbaycanın istiqlaliyyətini dünyaya elan etdilər! Son nəfəslərinə qədər bir addım olsun belə öz inanc və ülkülərindən geri çəkilməyərək gələcək üçün bir körpü qurdular. Bizə əmanət olaraq qoyub getdikləri bu müqəddəs bayrağın bir daha təkrar dalğalanacağına və tarixin yaddaşında özünə əbədi bir yer edəcəyinə əsla şübhə etmədilər!
Bu gün - 2013-cü ildə, müstəqil Azərbaycanda dövlətimizin quruluşunun 95-ci ildönümüdür! Başımızın üstündə, 1918-ci ildən bu günədək canlarını fəda etmiş minlərlə şəhidin al qanını, minlərlə qazinin haqqını özünə hopduraraq müqəddəs əmanətə çevrilən həmin üçrəngli bayraq dalğalanır! Və dalğalanacaq! Çünki “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.
BAYRAMIMIZ MÜBARƏK! DÖVLƏTİMİZ QUTLU OLSUN!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…