Ana içeriğe atla

Ənvər Paşa xatirəsinə - esse





BAKININ QAFQAZ İSLAM ORDUSU TƏRƏFİNDƏN İŞĞALDAN AZAD OLMASININ 95 İLLİYİNƏ VƏ ŞƏHİDİ ƏLA, QAZİY-İ NAMDAR ƏNVƏR PAŞANIN İŞIQI XATİRƏSİNƏ İTTİHAF OLUNUR!

Necə olduğunu anlatım sizə... Bağlayın gözlərinizi, açın saçlarınızı bozqır rüzgarının qollarına doğru... Yumun gözlərinizi və barıtı qoxlayın... Silahlar əjdaha kimi atəş qusarkən, qurşun saçarkən silahlar toxum atar kimi torpağa, Ənvər, igid Ənvər, igidlər igidi Ənvər yalın kılınc, yekparə qılınc, yalnız qılınc bağrını güllələrə açmış... Dilində ALLAH kəlamı, ürəyində bir Anadolu türküsü...
Ənvər, igidlər igidi Ənvər... İndi unutdurulmuş bir vətənin bağrında əlində polad bir qılınc, polad mərmilər atan silahlara doğru sinəsini açaraq yürüyər. Atəşə qoşar Ənvər- hürriyyət qəhrəmanı və azadlıq nərəsi hayqırsın deyə, soyunun övladları, Ənvərin bağrına qızıl qurşunlar yağar... Ənvər atəşin narına uçar. Pərvanələr özünü oda atar kimi...
İnsanlar baharda açan çiçəklər kimi, açdıqlarında nə gözəl... Və sonra tökülərlər torpağa birər-birər. Hərkəs ölər, amma hərkəs Ənvər kimi ölə bilməz Hər kəs bir şeylər yaşayar, xəyallar qurar. Amma Ənvər kimi xəyal edə bilməz. Ənvər, sənə 90 deyil, 900 min türk qurban! Ənvər, sən xəyallar qur, biz tökərik qanımızı. 
İndi köpəklər kimi sürünürük, alçalırıq, tapdanırıq! Soysuzlar torpaqlarımızda bəylik edir, at oynadır, dövlət qurur!!! Xəyallarımızı oğurladılar şərəfsizlər, amma... Amma sən xəyallar qur, Ənvər. Biz, 900 min kişi donaq, yanaq, ölək! 
Ənvərə xain deyen soysuzlar, ağladırlar bizi sinema qaranlıqlarında son samurayın qəhrəmanlığı ilə... Və daha qurumadan gözyaşlarımız, Ənvəri xain edirlər! Amma sən barıt atəşinə atarkən özünü, bizi ağlatmırlar... Boğurlar gözyaşlarımızı, alçaqlar!...
Ənvər - qaqauz nəvəsi, yalquzaq boz qurd! Bozqırlardan gələn yanıqlı bir türkünü ruhu ilə yaşadan, yaşatdıqca inləyərək TURAN sevdalısı ərən! Ənvər igidlər igidi, qəhrəmanlar irqinin nəcib övladı! “Paşa”, - deyə çağrilir indi göylərin gizli dünyasinda, ŞƏHİDLİK zirvəsinə yüksəlmiş özü kimi qəhrəmanlarca. 
SARIQAMIŞDA YENƏ BİZ OLƏRİK, ƏNVƏR! NECƏ ÖLDÜYSƏK ÇANAQQALADA VƏ QALİSİYADA VƏ YEMƏNDƏ! ONDAN ƏVVƏL KÖHNƏ QİTƏNİN DÖRD BİR YANINDA QANIMIZLA NECƏ SULADIQSA O TORPAQLARI! NECƏ BIR ŞƏHID VƏ QAZI IRQININ NƏCIB SOYUNDAN OLDUYSAQ VƏ HEÇ DURMADAN NECƏ SEVƏ-SEVƏ ÖLDÜYSƏK! BU GÜN KƏRKÜKDƏ, GÜNEY AZƏRBAYCANDA, QARABAĞDA, DOĞU TÜRKÜSTANDA NECƏ ÖLÜRÜKSƏ, YENƏ ÖLƏRİK!!! 
TÜRKƏ ƏN ÇOX ÖLMƏK YARAŞAR! VƏ ƏN GÖZƏL TÜRKLƏR ÖLƏR - DEYƏ, BİZ ÖLƏRİK! SƏN XƏYALLAR QUR, YETƏR Kİ, ƏNVƏR! BİR GÜN, BU XƏYALLARI BİZ GERÇƏKLƏŞDİRƏRİK!!!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…