Ana içeriğe atla

Brüssel terroru: səbəblər, nəticələr

Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi. Keçən ilə damğasını vurmuş Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Brüssel saldırısına ilk növbədə 3 suala cavab verməklə nəzər yetirməyə çalışacağıq: 
1) Niyə Brüssel?; 2) Terror aksiyasının verdiyi mesajlar nədir?; 3) Bu hücumun Avropaya təsiri nə olacaq?


1. Niyə Brüssel?
Ilk növbədə ənənəvi olaraq hədəfin niyə məhz terror aksiyasının baş verdiyi yer olmasını aydınlaşdırmağa çalışaq. Əslində tam əminliklə bu sualın bir deyil, hətta iki əsas cavabı olduğunu vurğulaya bilərik. Cavabları ard-arda sadalayaq:
a) Brüssel Qərb üçün son dərəcə ciddi əhəmiyyətə malik bir şəhərdir. O Avropa Birliyi və NATO kimi iki Qərb sisteminin siyasi-iqtisadi-hərbi bloklarının mərkəzidir. Və eyni zamanda da Qərb dəyərlərinin somvoludur. Terror məhz bu dəfə Qərb sisteminin simvolunu, simasını hədəfə aldı.
b) Brüsseldə radikal cərəyanların fəaliyyəti üçün münbit şərait var idi. İstər Yaxın Şərqdən yaxın zamanlarda gəlmiş köçmənlər, istərsə də uzun müddətdir ki, burada yaşayan Şimali Afrika kökənli, əsasən də Mərakeş və Əlcəzairdən gələn ərəblərin üstünlüyü və şəhərin bəzi bölgələrində kompakt yaşamaları bu şəraiti daha da münbit edirdi. Belçika Avropadan İŞİD sıralarına qoşulan könüllülərin sayına görə ilk yerdədir. Paris terroru məhz burdan planlaşdırılmışdı. Və Brüssel terrorundan 2 gün əvvəl Paris hücumunu planlaşdıranların da məhz burada həbs edilməsi vurğulanmalı məqamlardır.


2. Terror aksiyasının verdiyi mesajlar hansılardır?
Hər terror aksiyasında olduğu kimi, Brüssel hücumunun da mesajları var. Bizə sadəcə olaraq bu hücumu doğru yöndən dəyərləndirərək vermiş olduğu mesajları düzgün oxuya bilməkdir. Bu mesajları aşağıdakı şəkildə təqdim etmək olar:
a) Terror qloballaşır. Dünyanın harasında olursansa ol, bu təhlükənin hədəfinə çevrilə bilərsən. Avropalılar Yaxın Şərqdə baş verən münaqişələrin bir qolunu da öz ölkələrində hiss edəcəklər - ilk növbədə verilən mesaj budur. 
b) Bu terror aksiyası eyni zamanda beynəlxalq sistemi hədəf aldı: Avropa Birliyi və NATO. Bu birbaşa Qərb sistemini açıq şəkildə qarşısina almaqdan çəkinmədikləri mesajıdır. 
c) Paris terrorunun təşkilatçıları terrordan iki gün öncə elə Brüsseldə həbs edildilər. Məhz bundan sonra Brüsseldə terrorun baş verməsi - hansı nöqtədə olursa olsun, əks reaksiya verməyə və əvəz odətməyə hazır olduqlarının mesajı kimi yozula bilər.


3. Bu hücumun Avropaya təsiri nə olacaq?
Əslində bu sualı başqa formada da qoymaq olardı: Avropa bu terrordan hansı nəticələri çıxartmalıdır? 
Çünki məhz Avropa bu gün radikal cərəyanlar üçün ortam formalaşdırmaqdadır. Və bu ortamın formalaşmasında dörd başlıca səbəb var: Müsəlman gənclərə Avropa cəmiyyətində özlərini təsdiq etmək və tanıtmaq üçün münbit şərait yaradılmaması, şans verilməməsi və Avropa cəmiyyətində mövcud olan islamafobiya...
Məhz bu iki başlıca səbəb günümüzdə Avropada böyümüş və hətta həm də təhsil almış müsəlman gənci potensial terror təşkilatı təmsilçisinə çevirir. 
Bura eyni zamanda üçüncü səbəb olaraq Avropa dəyərlər sistemi ile islam sivilizasiyasına məxsus sosio-kültürəl yapının daban-dabana zidd olması da əlavə edilə bilər. Məhz bu ziddiyyətlər həmin gənclərin özlərini tapmalarını və cəmiyyətin bir üzvünə çevrilməsini əngəlləyir. Dördüncü məqam isə Yaxın Şərqdə baş verənlər və Avropanın bu olanlarda "payı" ilə bağlıdır. ABŞ və Avropanın Yaxın Şərqdə "demokratiya" pərdəsi altında uyğuladıqları ssenarilərin qanlı və dağıdıcı nəticələri, radikal dini cərəyanların nüfuzunu daha da qaldırır, onların sırasına qoşulanların isə az qala qəhrəman olaraq qəbul edilməsinə təkan verir. 

Brüssel terroru Avropaya təsirini 4 istiqamətdə göstərəcək:
a) Avropalılar ilk növbədə təhlükəsizlikmi, fərdi azadlıqmı sualına özləri üçün cavab tapmalı olacaqlar. Belə ki, kəçən il Paris və indi de Brüsseldə yaşananlar onu göstərdi ki, Avropa terror hücumlarına düşündüklərindən daha tez-tez məruz qala bilərlər. 
b) Bu hücum Avropanın onsuz da "həzm etməkdə" çətinlik çəkdiyi qaçqın axınında daha radikal mövqe sərgiləmələrinə səbəb ola bilər. Bu isə Türkiyəyə daha artiq dərəcədə ehtiyacın artacağı deməkdir.
c) Avropa, eləcə də Belçika terror təşkilatlarına münasibətdə ikili yanaşmalarına son qoymalıdırlar. Məsələn elə Belçika Brüsseldə, son bir ayda iki dəfə Ankarada, bir dəfə İstanbulda terror aksiyasi düzənləyən PKK-nın siyasi hədəfli çadırını polislə qorumaq əvəzinə, Türkiyəyə terrorla mübarizədə dəstək verməlidir. 
d) İslamafobiya, eləcə də sağ radikal və xristian-demokrat təşkilatların aktivliyi və bir çox hallarda da radikallığının müsəlmanların da içində yer aldığı və ayrılmaz tərkib hissəsinə çevrildiyi Avropa cəmiyyətində ciddi ikitirəlik yaratdığını qəbul etməli və bunun qarşısını almalıdır.


Və son olaraq...
Parisdə baş verən terror hadisəsi ilə bağlı yazımızda da qeyd etmişdik. Bu gün Qərb, Avropa Yaxın Şərqdə axıdılan qanların, müharibə və terrorun məsuliyyətini bu cür acılı, qanlı şəkildə bölüşməyə məcbur olur.
Əgər bu gün Yaxın Şərqdən atılan bir daş Avropanın mərkəzində kiminsə başını yarırsa, qoca qitənin, bütünlükdə Qərbin artıq terrora, terror təşkilatlarına münasibətinin dəyişmək zamanının çoxdan çatmış olduğunun göstəricisidir. Və bu dəyişiklik ilk növbədə terrora ikili standartlarla yanaşmada özünü göstərməlidir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…