Ana içeriğe atla

Türkiyəyə terorla təzyiq

Türkiyədə ard-arda baş verən teror hadisələri şübhəsiz ki, qardaş ölkənin daxilində baş verənlər, eyni zamanda Suriya ətrafında gedən proseslərlə bağlıdır. Yani burada daxili faktorlar rol aldığı kimi (FETÖ-ya qarşı mübarizə) olduğu kimi, xarici faktorlar da var (Türkiyənin Surya ilə bağlı Rusiya və İranla əldə etdiyi son razılaşmalar). Hazirda bildiyiniz kimi, PYD/YPG qüvvələrinin Suriyadan Türkiyə sərhədlərinə doğru irəliləməsi məsələsi də ciddi narahatçılıq doğurur və düşünmək olar ki, daxildəki bölücü qruplaşmalar da fəaliyyətlərini aktivləşdirməklə həmin prosesə dəstək sağlamış olurlar.
15 iyul çevriliş cəhdi ilə əlaqədar rəsmi Ankara, ABŞ-a qarşi muəyyən ittihamlar irəli sürmuşdü. Bu, eləcə də Rusiya ilə son yaxinlaşmalara İncirlik bazasi ilə bağlı Türkiyənin təhdidlərini də əlavə etsək, belə nəticə çıxartmaq olar ki, ABŞ hərbi gücünün müəyyən hissəsini bölgənin başqa nöqtələrinə köçürməli olacaq və İraqdaki kürd bölgəsi də onlardan biri və hətta “kürd zolağı”nın tamamlanacağı təqdirdə Aralıq danizinə çıxışı baxımından ən vacibidir. Bu isə özlüyündə Vaşinqtonun da bölücü qruplaşmalara müəyyən dəstəyini təmin edə bilər. 
Qərbi,əsasən də Amerikanı bölücü kürd qruplaşmalarına dəstək verməyə vadar edən başqa ciddi məqam da, Türkiyənin xarici siyasətində son günlərdə əldə edilən vacib razılaşmalar, daha dəqiq ifadə etsək, Rusiya və İranla Suriya problemi ilə bağlı müəyyən razılıqlara gəlinməsi ilə əlaqədardır. Xatırlatmaq yerinə düşər ki, Suriya məsələsi ilə bağlı Moskva ilə fəaliyyətini tam uzlaşdırmağa müvəffəq olan Tehranın, elə bir neçə gün əvvəl Həmədandan müxaliflərə növbəti dəfə hava zərbələri endirmək üçün rus təyyarələrinə yaşıl işıq yandırması, Qərbi olduqca narahat edir. Və belə bir zamanda Ankaranın əks tərəflə razlaşmaya yaxın olması, heç şübhəsiz ki, Türkiyəyə təqzyiq rıçaqlarını işə salmaqla nəticələnəcəkdi ki, hazırda baş verən teror olayları buna əyani sübutdur. 
Başqa bir maraqlı məqam, təqribən 4 gün əvvəl Bərzaninin rəhbərliyi altında peşmərgə güclərinin IŞİD-ə qarşi genişmiqyaslı hərbi əməliyyatlara başlamalarıdır. Hədəf- Mosulu nəzarət altına almaqdır. Hazırki proseslər onu deməyə əsas verir ki, regionda marağı olan güclər "Kürdüstan zolaği" adlanan ərazinin İraqla Suriya hissələrini birləşdirmək niyyətindədirlər və Mosul bu birləşmədə çox ciddi həlqədir. 
Bir sözlə, Türkiyənin daxildə FETÖ-çulara qarşı mübarizəyə qarişdığı bir zamanda, əlavə olaraq, bölücülərin teroru ilə də qarşı-qarşıya qalmasını əslində təsadüf hesab etmək olmaz və bütün bunlar düşünülmüş bir oyunun tərkib hissələridir. Görünür, Suriya və İraqı terorla diz çökdürənlər, sıranın Türkiyəyə gəldiyi qənaətindədirlər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…