Ana içeriğe atla

İran parlamentində “Türk Fraksiyası”: Səbəbləri, əhəmiyyəti...

Bəlkə də, bizim - Azərbaycan üçün son illərin ən önəmli hadisələrindən biri kimi qiymətəndirə biləcəyimiz məsələ - bu günlərdə İranda yaşandı. Bu ölkənin İslami Şura Məclisində tütrk millət vəkillərinin fraksiyasının yaradılması, istənilən halda müsbət qiymətləndirilməli olan hadisədir. Altmışdan çox millət vəkilinin təmsil olunduğu fraksiyaya “türk” etni-kimliyini ifadə edən sözün əlavə edilməsinin özü də ciddi məqamdır. 90 ildir ki, İranda türk kimliyi inkar edilir və bunun əvəzinə qondarma “azəri” sözündən istifadə edilir. 

İran Parlamentində 290 nəfərlik millət vəkillərinin üçdə biri (təqribən 90 nəfərdən çox) türklərdən ibarətdir. Türk millət vəkilləri 31 vilayətdən ibarət olan İranın 19 vilayətindən məclisə daxil olmağa nail olublar. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Tehran vilayətlərindən olan 5 millət vəkilindən təşkil olunan bir heyət isə türk fraksiyasına sədrlik edəcək. Şərqi Azərbaycandan seçilmiş millət vəkili Məsud Pezeşkian fraksiyanın sədri, Urmiyanın parlamentdəki təmsilçisi Nadir Qazipur və Ərdəbilin deputatı Rza Kərimi isə sədr müavinləri seçiliblər.

Burada maraqlı məqam, türk fraksiyasında həm islahatçı, həm də mühafizəkar qanadın təmsilçiləri olan millət vəkillərinin olduqlarıdır ki, bunun özü də maraqlı, eyni zamanda təqdirəlayiq bir hadır. Bildiyiniz kimi, Türk Fraksiyasının üzvlərindən islahatçı qanadın təmsilçisi Təbrizdən millət vəkili seçilmiş Məsud Pezeşkiyan İran Parlamentinin birinci sədr müavini seçilib. Bu zaman da Təbrizin digər millət vəkili, Əhmədinejad dönəmində Şərqi Azərbaycanın valisi olmuş və mühafizəkarlar qanadına mənsub Əlirza Beygi bunun “Türk əməkdaşların birliyi və dəstəyi ilə” həyata keçirildiyini ifadə edirsə, bu yalnız müsbət hal kimi dəyərləndirilməlidir. Bu hal onu göstərir ki, fraksiyada milli kimlik üzərində vurğu var. Seçkilərdən öncə muhafizəkar, müstəqil, ya da islahatçı qanadlarında olmalarına rəğmən həmin millət vəkillərinin, məhz milli kimlik üzərində durmaları onların səs qazanmalarına təkan verən başıca amillərdən oldu. 

Lakin bütün bunlar bu gün İranda bir türk açılımının olması kimi qəbul edilə bilməz. İlk növbdə ona görə ki, açılım daha çıx siyasi sistemin hər hansı bir etnik azığa münasibətində qəbul etdiyi siyasi qərarlarla ifadə edilir. Azərbaycan türkləri, türklər isə İranda azlıq deyillər, onları sayı 40 milyondan artıqdır. Digər tərəfdən iqtidarda, həm mühafizəkar, həm də islahatçı qanadda kifayət qədər nüfuzlu türklər var və onlar dövlət idarəçiliyində aparıcı şəxslərdir və heç də azlıqda deyillər. İranda problem sistemin özü ilə bağlıdır ki, bu sistem milli-etnik kimliyimizi əlimizdən almaqla onu tamamən inkarçılıq siyasəti yürüdür. Bildiyiniz kimi, 1979-cu il İran İslam İnqilabından sonra ölkədə bütün etnik qrupların haqları konstitusiya ilə tanınsa da xüsusən də Azərbaycan türklərinin ana dilində məktəblərinin olmaması, bir sıra milli-mədəni haqlarının verilməsi ilə bağlı problemləri vardı. Bu baxımdan, İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması təbii ki, türklərin problemlərinin həllinə də ciddi təsir edə bilər və bu təkcə özünü yalnız sosial-siyasi deyil, eyni zamanda milli hüquqların qorunması baxımından da göstərə bilər. Məsələn, fraksiyanın ilkin hədəfi İran Konstitusiyasının 15 və 19-cu maddələrinin praktikada tətbiqi məsələsinin təmin edilməsi ola bilər. Məhz bu iki maddənin gerçəkdə tətbiqi, türklərin öz milli-mədəni hüquqlarından tam şəkildə istifadə etmələri üçün yaşı işıq yandıra bilər. 

Fraksiyanın yaranma səbəblərinə gəlfdikdə isə, bunu həm daxili, həm də xarici faktorlarla əlaqələndirmək olar. 

Daxili faktor kimi ilk növbədə İranın öz içində gedən siyasi prosesləri önə çəkmək mümkündür. Qərblə münasibətlərdə yeni dönəmin başlaması fonunda, daxildə müəyyən yumuşalmalar, eləcə də milli kimlik məsələlərinin daha artıq şəkildə ön plana çıxması, İranın daxilində say etibarı ilə ilk sırada duran, amma tarixin ironiyası ilə “etnik azlıq” statusu daşıyan türklərin ön planda olmasına təkan verdi. Son zamanlar, milli kimlik zəminində media vasitəsi ilə müşahidə olunan “təhqirlər”ə etiraz aksiyaları ilə verilən cavablar, “Traktor-Sazi” futbol klubunun az qala hər oyununun milli pankart və şüarlarla müşayət edilən aksiyaya çevrilməsi, heç şübhəsiz ki, sistemin özünü də müəyyən adekvat addımlar atmağa vadar edirdi. Bunun nəticəsi olaraq, məsələn, avqustda Təbriz Universitetində türk dili və ədəbiyyatı bölümünün yaradılması xəbəri yayıldı. Ardınca da parlamentdə fraksiya məsələsi gündəmə öz damğasını vurmuş oldu. Yani atılan bu addımlar, narazı tərəfin bir qədər könlünü almaq üçün hesablanmış qabaqlayıcı tədbirlər olaraq nəzərdən keçirilə bilər. Söz yox ki, bu, parlamentdaxili bir qurumdur və İran Ana yasasına, qanunlarına sadiq olacaq bir fraksiyadır və sistemin, belə demək mümkündürsə, süzgəcindən keçdikdən sonra millət vəkili adını qazanıblar. Lakin bütün bunlar, təbii ki, hadisənin özünə tamamən kölgə salmağa da əsas vermir. 

Xarici faktorlar isə, İranın Yaxın Şərq siyasəti fonunda rəqib ərəb ölkələri, ələlxüsus Səudiyyə Ərəbistanı ilə kəskinləşən münasibətlərlə paralel müşayət olunan ər-Riyadın İrandakı etniklərə son dönəmdə aşırı diqqət göstərməsidir. Məsələn, sentyabrda Güney Azərbaycan İstiqlal Partiyasının Avropada mühacirətdə olan bir qrup nümayəndəsinin Səudiyyə Ərəbistanına səfəri və burda yüksək səviyyəli görüşlərin keçirilməsi, hətta azərbaycanlı qonaqların Kral Salman tərəfindən qəbul edilməsi önəmli və diqqəti cəlb edən məqamlardır. 

İstənilən halda, vurğulamaq lazımdır ki, belə bir fraksiyasının yaranması, gələcəkdə məhz etnik kimliyimiz üzərində vurğu yapan bir milli siyasi elitanın formalaşması üçün zəmin rolunu oynaya bilər ki, bu son dərəcə önəmlidir. Hətta İranın daxilində gedən son siyasi prosesləri müşahidə etdiyimizdə görə bilərik ki, bu siyasi elitanın formalaşmasının ilkin işartıları da görünməkdədir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…