Ana içeriğe atla

Yeni tələ: məzhəbsəl münaqişələr

Türkiyəyə olan təzyiqləri artırmaq üçün etnik separatizmlə yanaşı, yaxın gələcəyə hesablanmış məzhəbsəl faktorlarla körüklənən münaqişələr üçün də zəmin hazırlamaqdadırlar. Diqqət edin: bu gün Yaxın Şərqdə baş verən münaqişələr artıq son dərəcə təhlükəli boyut olan – məzhəbsəl qarşıdurma şəklini almağa başlayır. Və bundan yalnız bölgədə marağı olan qüvvələr – Qərb, Rusiya deyil, eyni zamanda bölgədə öz nüfuzunu artırmağa çalışan və bunun üçün də məzhəbsəl vurğuya xüsusi önəm verən ölkələr – İran, ərəb ölkələri də yararlanmağa çalışırlar. Təbii ki, münaqişələrin belə bir boyut alması, hər iki məzhəbə qucaq açmış və onu öz içində barındıran türk coğrafiyası üçün ciddi təhükə mənbəyinə çevrilə bilər ki, zatən başlıca hədəf də elə budur. 

Diqqət etsək görmək olar ki, bu qarşıdurmalara müəyyən tarixi “əsaslar” yaratmağa çalışan qüvvələr, bununla da gələcək münaqişələr üçün münbit zəmin hazırlamış olurlar. Qərbin və ərəb ölkələrinin bəzi aparıcı media orqanlarının Türkiyəni “müasir Osmanı”, İranı isə “müasir Səfəvi” kimi təqdim etməklə, yeni “Çaldıranların” Mosulda, Hələbdə, hətta Yeməndə belə təkrarlanacağını qabartmaları, hər iki ölkənin Yaxın Şərq siyasətini məhz belə bir bucaqdan təqdim etmələri düşündürücüdür. 

Bölgədə olan türklər arasında birlik və bərabərliyi, qardaşlığı pozmağa çalışan və bunu hər hansı bir şəkildə zədələməyi özü üçün hədəf olaraq götürən qüvvələr, tarixi faktları öz maraq və istəklərinə görə interpretasiya edərək ondan yeni bir təfriqə və nifaq toxumu kimi yararlanmaqdadırlar. Necə ki, İraq və Suriyada yaşayan türkmən qardaşlarımızı məhz məzhəbsəl zəmində parçalamağa çalışırlar. 

Hal-hazırda Türkiyədə bununla əlaqədar olaraq etnik separatizm üzərində vüsət almış teror hərəkatları və təşkilatlarında da məzhəbsəl faktorların qabardılması tendensiyasını müşahidə etməkdəyik. 

Halbuki, Anadoluda kürd siyasi hərəkatının ələviliyi sahiblənməsi, bir almanın iki yarısı olan hənəfi və ələvi türrkmənlərin bir araya gəlməsini istəməyən, gizli türk düşmənliyi edən qüclərin marağına xidmət edir!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…