Ana içeriğe atla

Sui-qəsdlə verilən mesaj


Kritik Moskva görüşündən bir gün əvvəl, gözlərin Rusiya və Türkiyənin Suriya ilə bağlı İranı da oturdacaqları masaya dikildiyi, hər kəsin görüşdə hansı qərara gələcəklərini müzakirə etdikləri bir zamanda, paytaxt Ankaranın ən önəmli nöqtəsində rus səfirinə edilən sui-qəsd...

Elə bir sui-qəsd ki, veridyi mesajlar ap-açıq ortada: Türkiyənin paytaxtında, rus səfirinə, Rusiya paytaxtında keçiriləcək kritik görüşdən bir gün əvvəl, “Hələb qisası” sloqanı ilə süs verilmiş bir qəsd...
Hər bir məqamı öz-özlüyündə bir mesaj!

Yazmışdım: Hələb hələ uzun müddət müzakirə predmeti olacaq və bu şəhərin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, hələ o demək deyil ki, onun haqqında fərqli xəbərlər eşitməyəcəyik.

Yaxın Şərq elə bir çıxmaza daxil olur ki, təsiri dünyanın hər nöqtəsində hiss ediləcək…

Birinci-dünya müharibəsi də belə sui-qəsdlə başlamışdı…

İndi hər şey Rusiyanın baş verənlərə nə dərəcədə olqun davranacağından asılıdır. Moskvadan gələn ilk açıqlamalar onu göstərir ki, Rusiya baş verən terrorun bir provokasiya olduğunu qəbul edir və baş verən olay Türkiyə ilə münasibətlərə təsir etməyəcək...

Tətikçinin arxasında hansı qüvvənin durduğu isə yaxın 1-2 gün ərzində aydınlaşacaq...

Hər halda ümid edək ki, Karlov 21-ci əsrin Ferdinandı olmayacaq…

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Roma papasının məktubu

İstanbulun fəthindən sonra Avropada yeni bir xaç yürüşü təşkil etmək fikri gündəmə gəldi. Bu ideyanı reallığa çevirmək məqsədi ilə V Nikol və III Kalikst papalıqları dönəmində səylə xristian birliyi qurmağa çalışsalar da, bir nəticə hasil olmadı. III Kalikst 1458-ci ilin avqust ayında vəfat etdikdən sonra, yerinə tarixdə II Piy adı ilə tanınan Sienanın keçmiş Başyepiskopu Enea Silvio Pikkolomini keçdi. Yeni papa daha çox saray intriqalarını yaxşı anlayan siyasətçi və diplomat imici ilə məşhurlaşmışdı. O, demək olar ki, Avropanın hər yerini qarış-qarış gəzmişdi, yüksək təhsilə və siyasi diplomatik bacarığa malik idi. Lakin bütün bu üstünlüklərinə rəğmən II Piy, Avropanı gündən-günə daha artıq dərəcədə silkələyən Osmanlı sultanını durdura bilmirdi. II Piy diplomatik bacarıqlarını və siyasi əlaqələrini işə salaraq Avropada böyük anti-türk ittifaqı formalaşdırmağa çalışırdı. O, bu hədəfini gerçəkləşdirmək üçün Avropa monarxlarının konqresini çağırmaq niyyətində idi. 1458-ci il ok...

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...