Ana içeriğe atla

Suriya: Hələb və Palmirada başlayan yeni mərhələ

Suriyada baş verə proseslər Hələbin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, Palmiranın isə bundan bur gün əvvəl təkrar İŞİD tərəfindən tutulması, əl-Babda isə Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusunun müvəffəqiyyət qazanması ilə yeni mərhələyə qədəm qoydu. Birmənaı şəkildə vurğulamaq lazımdır ki, tərəflərdən heç biri hazırki dönəmdə, rəqiblərinin əldə etdikləri üstünlüklərlə barışmayacaq və növbəti mərhələdə biz, yeni və ciddi toqquşmaların şahidi olacağıq. 

Hələb – Suriyada maraqları toqquşan qüvvələrin hər biri üçün son dərəcə ciddi əhəmiyytə malik strateji məntəqədir. Düşünmürəm ki, bu şəhərin indi iqtidar qüvvələrinin nəzarətinə keçməsi ilə, biz, artıq bi şəhər haqqında yeni və fəqrli xəbərlər eşitməyəcəyik. Hələbin Rusiya və İranın hərbi dəstəyi ilə iqtidar qüvvələrinin nəzarətinə tam olaraq keçməsindən bir gün əvvəl Palmiranın İŞİD tərəfindən təkrar geri götürülməsi, buna əyani sübutdur. 

Hazırda Suriyadakı qarşıdurma yeni fazaya daxil olur. Bu mərhələdə, Hələb kimi ciddi strateji məntəqəni ələ keçirən iqtidar qüvvələri; bunda Əsəd rejiminə tam olaraq dəstək verən, eyni zamanda İraqda Mosul üzərinə edilən hücumlarda yerli iqtidarla tam əlbir şəkildə fəaliyyət göstərərək ətrafında formalaşdırdığı şiə hilalı ilə mövqelərini gücləndirən İran; Hələblə birlikdə müxalifətin nəzarətində olan digər önəmli məntəqə olan İdlibi ələ keçirməklə Suriyanın şimalında Lazkiyə, İdlib və Hələb üzərində üç bölgədən formalaşan koridoru nəzarət altına almağı planlaşdıran Rusiya; Hələb itkisi ilə razılaşmayan və hazırki dönəm üçün Rakkanı əsas hədəf kimi elan etsə də, mərkəzdə möhkəmləndikdən sonrə şərqə doğru getməyi planlaşdıran və bunun üçün də kürd qruplaşmaları ilə müştərək hərəkət edən ABŞ (Qərb); Fəratın sol sahilini özü üçün prioritet elan edən və Suriya münaqişəsinin bu mərhələsində əsas hədəf olaraq əl-Babın nəzarətə götürülməsini qarşısına məqsəd qoyan və buna nail olan Türkiyə var. 

Hazırda belə bir görüntü yaranır ki, İraqda İranın, Suriyada isə həm İranın, həm də Rusiyanın dəstəklədiyi iqtidar qüvvələri Mosul və Hələb istiqamətində uğurlar əldə etməklə əslində böyük üstünlük əldə etməkdədirlər. Amma Palmiranın əldən getməsi, eləcə də son dərəcə ciddi strateji əhəmiyyətə malik Afrin-Menbic yolunun və önəmli məntəqə olan əl-Babın Türkiyənin dəstəyi ilə müxalif qüvvələrin nəzarətinə keçməsi, əslində proseslərin heç də ilkin göründüyü qədər sadə getmədiyindən xəbər verir. 

Təbii ki, ABŞ, Qərb strateji əhəmiyyətə malik şəhərin İran və Rusiyanın dəstəklədiyi qüvvələrin tam şəkildə nəzarətinə keçməsi ilə barışmayacaq. Palmiranın təkrar İŞİD-in nəzarətinə keçməsi buna əyani sübutdur. Qərbin Suriyanın mərkəzi istiqamətində İŞİD üzərində təqzyiqlərini müəyyən qədər azaltması bəs edər ki, bu qüvvə təkrar toparlana bilsin və həm mərkəz, həm də şimal istiqamətlərində Əsəd koalisiyasına ciddi problemlər yaratsın. Palmira buna əyani sübutdur. 

Palmira Suriyanın mərkəzində, İŞİD-in nəzarətindəki şərq bölgələrinə, ən əsası da İŞİD-in özünə paytaxt elan etdiyi Raqqaya gedən yolun üstündədir. Palmiranın alınması, İran və Rusiyanın da dəstəklədiyi Əsəd qüvvələrinin Rakka üzərinə hucumunu ciddi şəkildə əngəlləməklə yanaşı, ABŞ-kürd koalisiyasının manevr imkanlarını da artırmış olur. Türk birlikləri isə ASO ilə birgə hazırda daha çox şimalda - əl-Bab istiqamətində möhkəmlənməkdə davam etməkdədirlər və əməliyyatın son mərhələsi kimi cənubda olan Tadif və Aran qəsəbələrini götürməyi hədəfləyirlər. Eyni zamanda yürk ordusu həm Suriyanın, həm də İraqın şimalında kürd separatçı dəstələrinə zərbələr endirməkdədir. Bu səbəbdən də Suriyanın mərkəzində və şərqində baş verənlər hələki onları az maraqlandırır.

Göründüyü kimi, proseslər heç də Hələbin hansısa qüvvənin nəzarətinə keçməsi ilə səngiməyəcək, əksinə yeni və ciddi dəyiçikliklərin şahidi ola bilərik.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…