Ana içeriğe atla

Avropa Türkiyənin qapısını döyür...

Fransa Konstitusiya Məhkəməsinin "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etməsi ilk növbədə baş verən proseslər fonunda Avropanın Türkiyəyə münasibətini dəyişdirmək məcburiyyətində qalmasından xəbər verir. Diqqət edin: bir tərəfdən daha çox daxili auditoriyaya hesablanmış siyasət izləyəcəyini, eləcə də Rusiya ilə münasibətləri daha isti məcraya salmağı düşünən ABŞ prezidentinin məlum açıqlamaları, bununla da faktiki olaraq Rusiya ilə qoca qitənin ziddiyyətli və kəskin münasibətərinin davam etdiyi zamanda baş-başa qalması, digər tərəfdən də Avropa ilə münasibətləri son dərəcə kəskinləşən Türkiyənin Rusiya ilə münasibətlərinin normallaşması, hətta bir çox prinsipial məqamlarda ortaq məxrəcə gəlmək cəhdlərinin edilməsi.

Bütün bunlar təbii ki, Avropanı bəzi qərarlarından vaz keçmək məcburiyyətində qoyacaqdı. Görüdüyünüz kimi, ilk addımlar elə qoca qitənin iki lider ölkəsindən gəldi: paytaxtında PKK-ya siyasi çadır qurmağa icazə verən və hətta onu polisi ilə mühafizə edən Almaniya, 2 gün əvvəl, 2013-cü ildən bu terror təşkilatının Almaniyadakı fəaliyyətinə rəhbərlik edən liderlərini həbs edir. Bu həbsdən bir gün sonra, Fransa Konstitusiya Məhkəməsi "erməni soyqırımı"nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv edir. 

Təbii ki, Avropanın Türkiyəyə ünvanlanmış bu tip referansları davam edəcək. Məqsəd, ən azından Rusiya ilə münasibətlərini normallaşdırmaq üçün Türkiyədən bir vasitəçi kimi yararlanmaqdan tutmuş, Yaxın Şərq siyasətində daha aktiv və indilikdə qalib tərəf kimi görünən Əsəd-İran-Rusiya üçlüyünə qarşı müəyyən bir avantajlar əldə edə bilməyə qədər geniş spektri əhatə edir, təbii ki. Bütün bu məqamlarda Türkiyə, qoca qitə üçün yeganə, alternativsiz ünvandır. 

Türkiyə, bu atılan addımlarla kifayətlənərək, ondan gözlənilənləri edəcəkmi? Bir qədər mübahisəlidir. Türkiyənin Avropadan gözləntiləri bəllidir: Terror məsələsində ikili yanaşmaya son qoyulması, Avropa Birliyinə üzvlük məsələsində obyektiv yanaşma, viza problemlərinin həlli, NATO ölkəsi olaraq Yaxın Şərq siyasətində dəstək. Hər halda indiki dönəmdə, Avropanın sadalanan məsələlərin hamısında və tam olaraq olmasa da, müəyyən qədər yumuşalmalara və güzəştlərə gedəcəyini düşünmək olar. Təbii ki, Türkiyənin Avropaya münasdibətdə qarşılıqlı olaraq hansı addımlar atacağı da indi çox maraqlıdır.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…