Ana içeriğe atla

Prezidentin İran səfərinə sözardı...

Təbii ki, prezidentin İran səfəri ciddi əhəmiyyətə malikdir və regionda baş verən proseslərin fonunda gerçəkləşən bu səfərə diqqət, həm də beynəlxalq əhəmiyyət daşımaqdadır. Erməni mediasında səfərlə bağlı heç bir məlumatın yer almaması, Türkiyə mediasında isə əksinə, maraqlı reaksiyalar sərgilənməsi faktlarının özü bunu əyani sübut edir. Azərbaycan və İran prezidentlərinin son 3 ildə gerçəkləşdirdikləri sayca 8-ci görüşdür. 

Ümumiyyətlə İranla siyasi münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman xüsusi önəmə malik olub. Bu yalnız qonşuluq baxımından deyil, uzun əsrlərin tarixi-mənəvi bağlılığından və orada yaşayan 40 milyonluq soydaşımızın varlığından qaynaqlanıb. Vurğulamalıyıq ki, bu perspektivli və böyük imkanlar vəd edən bir səfərdir. Gerçəkləşdirilən səfərlə biz, ən yüksək səviyyədə dost, qonşu ölkə olduğumuzu nümayiş etdiririk. Təbii ki, eyni münasibət birmənalı olaraq qarşı tərəfdən də gözlənilir. Azərbaycan Türkiyə ilə İran arasında mövcud olan narazılıqların aradan qaldırılmasında alternativi olmayan vasitəçi, körpü rolunu oynaya bilər. Bizim siyasətimiz, həm də bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhvələrini verə bilər. İran-Azərbaycan münasibətləri eyni zamanda iqtisadi nöqteyi-nəzərdən öz səmərəsini verə bilər. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti ”Şahdəniz-2" layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Regional əməkdaşlığın qurulmasında ciddi əhəmiyyətə malik “Şimal-Cənub” nəqliyyat dəhlizini də xüsusi vurğulamaq olar. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır.


Lakin şübhəsiz ki, İranın yalnız Azərbaycanəın ərazi bütünlüyünü dəstəkləməsi ilə bağlı verdiyi bəyənatlardan əlavə, əməldə işğalçı Ermənistanla münasibətlərində müəyyən korrektələr etməsi də ciddi məqamdır. Bu bir həqiqətdir ki, İran Ermənistan münasibətləri, Azərbaycanın haqlı gözləntiləri ilə tərs mütənasibdir. Azərbaycan cəmiyyəti, bu məsələdə İranın siyasi və dini dairələrindən adekvat münasibət gözləyir. Məncə unudulmamalıdır ki, işğal edilmiş torpaqlarımızda dağıdılan məscidlər, peyğəmbər nəslinin nümayəndələrinin təhqir edilmiş məzarları həm də İranın paylaşdığı dəyərlərin bir hissəsidir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…