Ana içeriğe atla

İrana İŞİD-lə verilən mesaj


İranda gerçəkləşdirilən terror hücumunu İŞİD üstlənsə də, şübhəsiz ki, rəsmi Tehrana verilən mesajlar konkretdir. İlk növbədə diqqəti zamanlama çəkir. Ərəb ölkələrinin öz içində Qətərlə bağlı krizisin yaşandığı və bu böhranda İranın və dəstəklədiyi təşkilatların vacib səbəb kimi göstərildiyi bir zamanda baş verir. IŞİD-in Tahran hücumu, həmçinin ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda cərəyan edir. Bu hücumun başlamasından iki gün əvvəl isə, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, Suriya hökumətinin İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılır. 

Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilməkdədir.
Heç şübhəsiz ki, ortaya atılan kart- məzhəbsəl münaqişənin daha da alovlandırılmasına xidmət etmək üçün nəzərdə tutulub. Bölgədə, son dərəcə qanlı və nəticələri vahim ola biləcək bir “sünni-şiə” qarşıdurması üçün münbit zəmin hazırlanmaqdadır. İŞİD-in üstləndiyi bu hücum, sadəcə yoxlama xarakter daşıyırdı.
Hədəf alınan nöqtələr də diqqət çəkir. Hədəf alınan yerlərdən biri İran Parlamentidir. 1979-cu il inqilabından sonra o binada silah səsi eşidilməmişdi. İran Parlamentinin binası, İranın mövcud siyasi sistemində başlıca sütunlardan biridir. İkinci hədəfə alınan nöqtə isə, ümumiyyətlə İranın siyasi-iseoloji simasını müəyyənləşdirən və sistem üçün sözün həqiqi mənasında dəyr ifadə edən bir məkan – İmam Xomeyni Türbəsidir. Seçilən məntəqələr "dövlətin ürəyi" mənasında bir yerlərdir. Əslində bu hücum, İranın siyasi nüfuzuna son dərəcə ciddi zərbə oldu. 
Digər tərəfdən, İŞİD-in 2014-cü ildən indiyədək bölgənin demək olar ki, hər nöqtəsində terror havası əsdirməsinə rəğmən, Tehranın bu hücumlardan kənarda olması ilə övünməsinə bir son qoyuldu. “Sən düşündüyün qədər də güclü deyilsən! İstəsək edərik!” – bu gün İrana verilən mesaj bu idi. 
 Bu hücum həm də İranın daxili təhlükəsizlik strategiyasının da çökdüyünü ifadə edir. Zatən son illərdə İranın daxilində etnik sünni ərəb əşirətləri ilə yaşanan qarşıdurmalar getdikcə daha kəskin hal almaqda idi. İranda elə bir həftə yoxdur ki, ərəb fəallardan bir neçəsi dar ağacından asılmasın. İŞİD-in bu hücumu, etnik və məzhəbsəl zəmində bütünləşmiş çıxışları stimullaşdıra bilər. 
 Və indi əsas düşündürən sual budur: İŞİD-in İran hücumuna Iraq, Suriya, Yəmən, Bəhreyn, Livan və xüsusilə də Səudiyyə Ərəbistanındakı silahlı şiə qruplaşmaları necə cavab verəcəklər? İranda seçkiləri yeni qazanmış Həsən Ruhani iqtidarı, mühafizəkar qanadı radikal qərarlar qəbul etməkdən çəkindirə biləcəkmi? Amma bir xüsus da odur ki, İran mütləq mesajını verəcək. Bu mesaj həm Səudiyyə Ərəbistanına, həm də ABŞ-a ünvanlanacaq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…