Ana içeriğe atla

Myanmarda yaşananlar: geosiyasi rəqabətdə irqçi maşalar

İstər Myanmarda (biz həm də Birma adı ilə tanıyırıq) olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur. Yüzillərdir münaqişəsi bitməyən Yaxın Şərq buna əyani sübutdur. Bu səbəbdən hazırda Myanmarda baş verənləri biz, sadəcə olaraq həmin əraziləri nəzarət altında saxlamaq istəyən güclərin toqquşması kimi qiymətləndirə bilərik. Faciəli haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilməkdədir. Halbuki bölgədə yaşananlar yeni deyil və bunun təməli 20-ci əsrin 40-cı illərinə dayanır. 


Tarixi ədalətsizlik...

1948-ci ildə müstəqilliyini elan etdikdən sonra hakimiyyəti ələ keçirmiş radikal inanclı buddist yönətimi zamanla müsəlman əhaliyə qarşı təcrid və təzyiq siyasətindən istifadə etməyə başladı. Nəticədə, 50-ci illərdən sonra yerli buddistlərlə müsəlmanlar arasındakı gərginlik həmişə artan xətt üzrə inkişaf edib. Lakin problemlərin açıq şəkildə ortaya çıxmasına təkan verən amil, 1982-ci ildə qəbul edilən “Vətənsizlik” qərarı oldu. Həmin qərara əsasən, Birma hökuməti ölkədəki bütün etnosları vətəndaş olaraq qəbul etdiyi halda, rohingyalılara bu statusu verməkdən imtina etdi və sonuncular faktiki olaraq “vətənsiz bir xalq” vəziyyətinə düşdülər. Ölkə iqtidarı, Arakanlı müsəlmanların Benqal (Banqladeşli) olduğunu və 19-cu əsrdə İngilis koloniyası olduqları dönəmlərdə buraya gətirildiklərini iddia edirlər və bu səbəbdən də vətəndaşlıq verməkdən imtina etməkdədirlər. Bu cür irqçi münasibət isə, şübhəsiz ki, bölgədə maraqları olan güclərin manipulyasiyası üçün son dərəcə ciddi alət olmaqdadır. 

Təbii ki, bu qarşıdurmada bölgənin zəngin neft və qaz yataqlarının da önəmli və hətta demək mümkündür ki, həlledici rolu var. Hazırda yaşananları məhz yanacaqla zəngin torpaqları “insansızlaşdırmaqla” nəzarət altında saxlamaq kimi qiymətləndirə bilərik. Rohingiya uğrunda savaşda rəqabət aparan qüvvələr çoxqütblüdür və onların hər birinin öz hədəfləri var. Görünənlər isə ilk növbədə Çin və Səudiyyə Ərəbistanını ön planda tutmaqdadır. Cənub-Şərqi Asiyanın bu zəngin torpağında axan qanlar əslində bu acımasız rəqabətin bir elementidir. 


Maraqların törətdiyi qətliam...

Yerli müsəlmanların hərbi nöqteyi nəzərdən təşkilatlanmasında və yerli əhaliyə zorakı ayrı-seçkilik uyğulayan buddist hərbçi və polislərə qarşı müqavimətin təşkil edilməsində önəmli rol oynayan “Arakan Rohingiya Qurtuluş Ordusu” (ARSA) Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Təşkilatın qurucusu Ebu Amar Jununi də Məkkədə böyüyüb və ərəb mənşəlidir. Səudlar tam 8 ildir ki, fasiləsiz olaraq həmin bölgəyə kapital yatırmaqdadırlar. Rəhbəri olduğu ölkənin iri neft şirkəti olan “Saudi Aramco” vasitəsi ilə Səudiyyəni ilk dəfə Myanmarda enerji bazarına daxil edən Muhammed ibn Selman bir yandan Yaxın Şərqdəki ən yaxın müttəfiqi Birləşmiş Ərəb Əmirliklərini də bölgənin xidmət sektorunu inkişaf etdirməyə təşviq edərkən, digər yandan da, Rohingyadan əkin ərazilərini satın alıb. Mərkəzi Abu Dabidə yerləşən “El Mervan” şirkəti isə Myanmar hökuməti ilə Rohingyada avtomobil yolları və otellərin inşasını nəzərdə tutan müqavilə imzalayıb. 

Burada ciddi məqam odur ki, Asiyanın ən zəngin qaz və neft ehtiyatlarına ev sahibliyi edən Benqal Körfəzində yerləşən Myanmarın enerji bazarı Fransa, İngiltərə və Çinin nəzarəti altındadır. Əslində Körfəz ölkələrini bazara daxil edərək Çinin nüfuzunu sarsitmağı hədəfləyən ABŞ, bölgəyə təsir imkanları əldə etmək niyyətindədir. Belə deyə bilərik ki, 2015-ci ildən indiyədək amerikalı biznesmenləri bölgəyə kapital qoymağa sövq edən Vaşinqton, Pekinin Myanmardakı təsirini qırmaq üçün Səudların ARSA və Rohingyadakı nüfuzundan istifadə etməkdədir. Təbii ki, Çin Cənub-Şərqi Asiyanın bu önəmli bölgəsindəki nüfuzunun sual altına alınmasına razı ola bilməz. Nəticədə buddist milislər aktiv şəkildə həm maliyyələşdirilir, həm də silahlandırılır. Digər tərəfdən qoca Avropa, ələlxüsus London da Benqalda yeni oyunçuların meydana çıxmasından narazıdır. Bu ərazilərin keçmiş sahibi kimi Britaniya krallığı Myanmar hökumətinin Rohingya müsəlmanlarını sıxışdıraraq Pekin-London xəttinə yaxınlaşmağını hədəf olaraq götürür. 


Oskar ödüllü qatil

Ən maraqlı məqam isə, Myanmarda Arakanlı müsəlmanlara qarşı şiddətin əsas günahkarı olaraq göstərilən Ang San Suu Çii ilə bağlıdır. Bu qadın Çinin bölgədəki nüfuzunu sona çatdırmaq üçün uzun müddətdir ki, Qərb tərəfindən istifadə edilir. 1991-ci ildə Nobel sülh mükafatına layiq görülən Çii, Vaşinqton tərəfindən dəstəklənən demokratiya institutları tərəfindən ölkənin “müstəqil lideri” olaraq göstərilməkdədir. Məşhur “Economist” qəzeti tərəfindən “Pekinin hakimiyyətini bitirəcək qadın” kimi təqdim edilən Myanmarlı Çii, faktiki olaraq ABŞ və Avropa Biliyi tərəfindən istifadə edilməkdədir. Amerika xarici işlər nazirliyinin 2015-ci il hesabatında bu qadın “neo-liberal iqtisadi islahatlar edən modern lider” kimi xarakterizə edilir, Arakan müsəlmanlarına edilən qətliamlar isə “yerli gərginliklər” olaraq göstərilir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…