Ana içeriğe atla

Unudulmayan hədəf - Atatürk!

NATO-nun Norveçdəki hərbi təlimlərində əsgərlərin atış hədəfi kimi Atatürk və Erdoğanın şəkilləri yerləşdirildiyinə görə Türkiyəli 41 hərbçi təlimdən geri çağrılıb. 
Ciddi məqamdır.
Bununla bağlı müxtəlif şərhlər var. Mən məsələyə daha fərqli bucaqdan münasibət bildirmək istərdim...
Avropanın yüksəlişi, Osmanlının Vyana qapısına qədər irəliləməsindən sonra başladı. Avropalılar anladılar ki, üzərilərində dinin, əslində kilsənin hakimiyyəti son dərəcə güclüdür və bu onların dünyəvi-sekulyar inkişafının qarşısını almaqdadır. Cənnət qəbzləri satan kilsə nə qədər ciddi qorxu və basqı elementləri yaratsa da, bunlarla qapılarına qədər gələn türklərin qarşısını almaq mümkün olmayacaq. Daxili intriqalar son qoymaqla və kilsənin 18-ci əsrdən başlayaraq (!) dövlət anlayışı ilə orqanik şəkildə vəhdət təşkil etməsi ilə, qoca qitənin həm Osmanlını çökdürməsinə, həm də Yaxın Şərqdə kök atmasına səbəb oldu. Orientalizm - Şərqşünaslıq məhz qoca qitənin sirrlərlə dolu Yaxın Şərqi öz təsiri altına ala bilməsi üçün yaradılan bir məktəb oldu. Bu məktəb Lourenslər yetişdirdi. Halbuki, xaç yürüşləri dönəmində belə buna nail ola bilməmişdilər... 
Hər bir avropalının (diqqət edək: eləcə də ərəbin) zehnində bir hakim, qalib türk obrazı var ki, yüzillərdir buna qarşı bir daxili savaş aparmaqdadırlar. Əsla bağışlamırlar və unutmurlar. Hər fürsətdə sanki öc alırmışlar kimi davranır və içlərində bəsləyərək böyütdükləri o kini nəsildən-nəsilə ötürürlər. 
Bu gün hədəfə alınan Atatürk - Türkiyə Cümhuriyyətinin var oluşu səbəbidir! Cümhuriyytin təməl ilkələrini ortaya qoymuş bir qurtarıcıdır! Həm də Avropalılara nəhayətində hərb və siyasət meydanında qalib gələn bir sərkərdədir!
21-ci əsr məhz dəyərlərin savaşının getdiyi bir dövrdür. Və bu savaşda hədəf - dəyərlər, yəni sənin bir millət olaraq var edən kilid nöqtələr, qırmızı cizgilərdir. O dəyərlərə sahib çıxmamaq, bir millətin öz simasını, kimliyini itirməsi deməkdir. Kimliksiz millət isə, xasiyyətsizdir! 
Amma bir məqam da var!
Çaqqalın bəyliyi, QURD ayağa qalxana qədərdir!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…