Ana içeriğe atla

YEMƏN TÜRKÜSÜ - ATATÜRKÜ AĞLADAN TÜRKÜ


Üsyan xəbəri gəldiyində övladlarını, bəylərini, qardaşlarını yola salan Anadolu qadınları ürəkləri sızladan ahı deməyə başlardılar. Əsgər qışlalarının önündə bığ yeri yenicə tərləmiş mehmetciklər toplanaraq adlarına Rədif Alayları deyilən cərgələr şəklində düzlənərdilər. Hərəkət tütəyi çalındğında, qopardı fəryadlar, düşərdi ahılar dillərə. Bir daha qovuşmamaq üzərə yola çıxırdılar. İstiqamətləri – Yemən çölləri idi...







Yemən türküsünü çoxlarımız dinləmişik. Ölməz sənətkar Barış Mançonun ifasında bu türkü ilə ilk dəfə tanış olub çoxlarımız.

Son dərəcə həzin və kədərli bir türküdür. Xəyanətlə bağlıdır. Türkün özünə dost sandığından, "eyni ümmət",- deyib qucaq açdığından gördüyü xəyanəti ruhuna həkk etdirdiyi bir yaddaşdır! Bu türkü ATATÜRKÜ ağladan türküydü!!! 

Osmanlı Yemən torpaqlarını ölkəsinə qatdıqdan sonra bu torpaqlarda çox şəhid verdi. Müsəlman olmalarına rəğmən ərəblər, I dünya müharibəsində bütün Yaxın Şərq boyu ingilis və fransızlarla işbirliyinə gedərək türklərə qarşı savaş açmışdılar. O cümlədən Yeməndə biri-birinin ardınca ingilislərin təhriki və dəstəyi ilə ərəb üsyanları baş qaldırırdı. Beş cəbhədə savaşan türklər Anadoludan yeni, gənc qüvvələri Yemənə bu qanlı üsyanları basdırmaq üçün göndərirdilər. İngilislərin silahı və pulu ilə təchiz olunan ərəblər Yeməndə türklərə böyük itkilər yaşadırdılar. Döyüşlər o qədər şiddətli gedirdi ki, övladlarını Yemən cəbhəsinə göndərənlər artıq onların bir daha geri qayıtmayacaqlarını bilirdilər. I Dünya Müharibəsində bütün cəbhə boyu olduğu kimi, Yəmən döyüşlərində də Azərbycandan çoxlu sayda könüllü Osmanlı orduları sırasında qardaşları ilə çiyin-çiyinə ölüm-qalım mücadiləsi vermişlər. Bu səbəbdəndir ki, Yəmən Türküsü bizdə də sevilərək oxunur və xatırlanır. 

Yemən türküsü həmin dəhşətli günlərin qan yaddaşından qopan unudulmaz və acı xatirədir. Xəyanətin fəryadı, həm də Türkün birliyinin və bükülməzliyinin rəmzidir! Məhz ərəblərin TÜRK ordusunu arxadan vurmaları nəticəsində ingilis orduları Məkkə və Mədinəni işğal edirlər! Bu gün Yemən torpaqlarında 130.000-dən artıq şəhidimiz torpağın altında yatmaqdadır! 

Qadir Mövlamız, şəhidərimizə rəhmət etsin... 

Havada bulud yox, bu nə dumandır,
Məhlədə ölü yox, bu nə fəqandır,
Bu Yemən elləri nə də yamandır, 

Ah o yeməndir, gülü çəməndir,
Gedən gəlməyir, əcəb nədəndir.
Burası Huştur, yolu yoxuşdur,
Gedən gəlməyir, əcəb nə işdir. 

Qışlanın ardında sıra söyüdlər,
Zabitlər oturmuş, əsgər öyütlər,
Yemənə gedəcək bu qoç igidlər,
Ah o Yeməndir, gülü çəməndir,
Gedən gəlməyir, əcəb nədəndir. 

Qışlanın ardında rədif səsi var,
Baxın çantasına, əcəb nəyi var?
Bir çift qundurayla, bir də fəsi var,
Ah o Yeməndir, gülü çəməndir,
Gedən gəlməyir, əcəb nədəndir. 

Qışlanın ardını duman bağladı,
Analar, babalar qara bağladı,
Yemənə gedəni hərkəs ağladı,
Ah o Yeməndir, gülü çəməndir,
Gedən gəlməyir, əcəb nədəndir. 

Qışlanın ardında bir qırıq təsti,
Əsgərin üstünə sam yeli əsdi,
Gəlinlik tazələr ümüdü kesdi,
Ah o Yeməndir, gülü çəməndir,
Gedən gəlməyir, əcəb nədəndir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Türkizmlər

Qərbi Avropa dillərində türkizmlər  Türkologiya uzun müddət qarşısına qoyulan səddləri aşaraq, nəhayət ki, adını öz üzərinə götürdüyü ulu bir etnosun tarix və ədəbiyyatının qaranlıq səhifələrinə qovulmuş şanlı irsini öyrənmək istiqamətində ciddi nəticələr əldə etməkdədir. Əsasən 20-ci əsrdən populyarlaşan «bəşəriyyətin ən mədəni və şanlı irsini hind-avropalılar yaratdılar» şüarı ilə oturub-duran «alimlər» tərəfindən ortaya atılmış paradokslarla zəngin bir əfsanə, nəhayət ki, bir çox türkoloq ziyalıların göstərdikləri çaba ilə gerçək sifətini açmağa başladı. Oljas Süleymanov demişkən, «Budda ayağına tapınan buddalılar tək, Hind-Avropa çəkməsinin dar qəlibinə sitayiş edən çəkməçilər bizə həqiqəti söyləyə bilməz, bu həqiqəti biz özümüz yada salmalıyıq». Böyük bir mədəni epoxanın yaradıcısı olan türklərə o dərəcədə həqarət edilirdi ki, onlarda hətta bir yazı və əlifbanın olmadığı belə müzakirə predmetinə çevrilmişdi. «Türklər köçəridir, maldardır, onların mədəni irsi ola bil...

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...