Ana içeriğe atla

Kissencer əslində nə demək istədi...

Henri Kissencerin məlum son açıqlamasına, heç şübhəsiz ki bir çoxları münasibət bildirəcək. Bu fikiləri, nə zamansa ABŞ diplomatiyasının təməl daşlarından biri olan yaşlı və təcrübəli, ən əsası da məlumatlı birisinin öngörüləri və ya hazırlanmış ssenarinin bəzi detallarını ortaya qoymaqla, gələcəkdə baş verənlərə dünya ictimaiyyətini hazırlamaq istəyi kimi qəbul edənlərdən tutmuş, sadəcə yaşlı birisinin öz arzularını gerçəklik kimi təqdim etməyə cəhd göstərməsinə qədər müxtəlif yanaşmalara şahid ola biləcəyik.

Lakin istənilən halda deyilənlərə diqqət etmək gərəkir. Ən azından ona görə ki, bu tezislər, post-pandemiya dönəmində Yaxın Şərqdə nələrin baş verəcəyi ilə bağlı ciddi ipucları verməkdədir.

Müsahibə və açıqlamalarımda da qeyd etdiyimi kimi, pandemiya dönəmi yumuşalar-yumuşalmaz Yaxən Şərqdə yeni və ciddi hərəkətlənmənin şahidi olacağıq. Bu özünü Liviya sahillərində tutmuş Yəmən səhralarına qədər bir çox nöqtələrdə qabarıq şəkildə göstərəcək. Zatən son 3 ay, müəyyən konturların yenidən cızılması üçün kifayət qədər zaman verdi. Bu kiçik zaman kəsiyində Yəməndə, Liviyada, Suriyada maraqlı proseslərə şahid olduq.

Və bu baxımdam verilən açıqlama, əslində ciddi məqamlar üzərində düşünməyə əsas verir.

İlk öncə ondan başlayaq ki, “çoxlu sayda ərəbin öldürülməsi və Yaxın Şərqin yarısının işğalı ilə İsrail və ABŞ-ın zəfəri ilə nəticələnəcək” müharibənin baş verəcəyi fikri maraq doğurur. Burada bir məqamı qeyd edək: deyiləni hərfi mənada başa düşmək doğru olmaz. Ən azından ona görə ki, “öldürüləcək” ərəblərin bölgədəki ən vacib dövlətləri, bu gün elə ABŞ və İsrailin ən yaxın müttəfiqləridir. Yaxın Şərqin yarısının işğalına gəldikdə isə, zatən bu yarı elə o vəziyyətdədir. Qocaman diplomatın elə həmin açıqlamada “7 ərəb ölkəsinin işğalı” ilə bağlı fikrini yadımıza salaq və bu yeddi rəqəminin üstünə, bu günki gerçəkliklərdən çıxış edərək ən azı daha 5, 6 ölkə də əlavə edə bilərik. Həm də Xantinqtonun dini istinad əsasında proqnozlaşdırdığı “sivilizasiyalararası toqquşmalar” nəzəriyyəsini xatırlatması, istər-istəməz deyilənləri birbaşa qəbul etməyə əngəl olur. Bildiyiniz kimi, bu nəzəriyyə çoxdan öz əhəmiyyətini itirib və 21-ci əsrin reallıqları tamamilə fərqli mənzərələri göz önünə sərməkdədir. Deməli, məsələ bir az fərqlidir.

Mümkündür ki, Kissencer bu açıqlaması ilə Fələstin məsələsinin yenidən gündəmi zəbt edəcəyinə və bu münaqişənin orta gələcəkdə birmənalı şəkildə İsrailin xeyrinə həll ediləcəyinə işarə vurur. Qüds msəsələsinin Tramp adminstrasiyası dönəmində son iki ilin ən çox müzakirə və mübahisə doğruran problem olması, məlumdur. Demək ki, bu məsələnin tamamilə nöqtələnməsi planlaşdırılır. Prinsipcə, ərəb dünyasının bununla bağlı nir ciddi müqavimət sərgiləməyəcəyini (Qüdsün ABŞ tərəfindən paytaxt olaraq tanınması zamanı ərəb ölkələrinin reaksiyalarını yadınıza salın) də dşünməyin yanlış olduğunu nəzərə alsaq, bu məsələ olduqca real görünür. Yəni, açıqlamanın bu hissəsi, həm daxili, həm də xarici, beynəlxalq auditoriyanı həmin gələcəyə hazırlamaq məqsədi güdür.

İndi isə keçək “İranın işğalına bir addım qalması” məsələsinə.

Əslində son 3 ildə, ələlxüsus ABŞ-ın Vyana razılaşmasından çıxdığını elan etməsindən sonra İrana qarşı həmlələr səngimək bilmir. Bu mövzuya həm təhlillərimizdə, həm də müsahibələrimizdə dəfələrlə geniş toxunduğumuzdan, sadəcə qısa bir xatırlatma etmək istərdik ki, ABŞ-ın İran üzərinə 4 istiqamətdə həmlə etməsini müşahidə etməkdəyik: iqtisadi sanksiyalar və ekonomik təzyiq, beynəlxalq təcrid, daxildə etnik-dini, məzhəbsəl-sosial zümrələrə yönəlik narazılıqların körüklənməsi və nəhayət sonuncu olan Yaxın Şərqdəki mövqelərindən sıxışdırılması.

Və bu 4 istiqamətin hər biri öz nəticələrini verir.

Demək, təzyiqlərin daha da artırılacağını gözləmək olar. Amma istənilən halda yaşlı diplomatın “işğal” dedikdə birbaşa hərbi müdaxiləni nəzərdə tutduğunu düşünmək, yanlış olardı. Okeanın o tayında çox gözəl anlayırlar ki, İran İraq və ya Əfqanıstan deyil. Və bu macəra, amerikalılara baha başa gələ bilər. İstənilən hərbi müdaxilə, İranın daxilində olan hətta narazı zümrələrin belə mövcud rejimin ətrafında birləşməsinə təkan verə bilər. İran xalqı, xarici müdaxilə nəticəsində baş verəcək dəyişikliyi qəbul etməyəcək. Deməli, dəyişiklik daxilin öz istəyi və sifarişi ilə getməlidir. Yuxarıda sadaladığımız 4 istiqamət də məhz bu dəyişikliyin sifarişinə bir dəstək olaraq nzərdə tutulur. Bir sözlə, Amerika İranda rejim dəyişikliyi istəyir. Və bunun üçün var-qüvvəsi ilə çalışır...

Və açıqlamada son maraqlı məqam - “Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq”. Əslində üçüncü dünya müharibəsi başlayıb. Və dünyanın son 4 ayda sözün həqiqi mənasında “əlləşdiyi” koronovirus macərası – bu dünya müharibəsinin ən əsaslı elementlərindəndir. Çinin və Rusiyanın isə hazırda yatmadığı, dəqiqdir. Ən azından Rusiya ərəb baharı dalğası Liviyaya çatdığı və nəticədə Qəddafi devrildiyi zaman, həmin ərazidə ciddi hərbi nöqtələri itirdiyi və Yaxın Şərqdən tamamilə sıxışdırılaraq çıxarılma təhlükəsini birbaşa hiss etdiyi zaman ayıldı. Ayıldı və Əsəd hələ də iqtidarda qalıb.

Çin isə, Uhanda 4 ay əvvəl öz addımını atdı. Özü də elə bir addım ki, hələ də dünya karantindədir...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…