Ana içeriğe atla

Dədəvənk məbədi


Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Diqqət çəkmək istədiyim məqam həm də ondan ibarətdir ki, Xristian dinində məbəd anlayışı yalnız xristian türklərə - oğuz və qıpçaqlara aid olub, onlar quruluşuna görə kilsələrdən olduqca fərqlənir və bu bir çox dünya kulturoloqları və etnoqrafları tərəfindən təsdiqlənən faktdır. Xristian türklər heç bir zaman kilsə inşa etməyib və ümumiyyətlə kilsə ierarxiyasını qəbul etməyiblər! Təsadüfi deyil ki, hətta Yaxın Şərq bölgəsində mövcud olan xristian məbədləri də məhz xristian qıpçaq və oğuz türklərinin yaşadıqları və ya yayıldıqları ərazilərdə mövcuddur. Başqa bir məqam isə haylarda məbəd mədəniyyətinin olmaması və hay-qriqorian və eləcə də apostol icmalarında kilsə ierarxiyasının və anlayışının olmasıdır. Yəni, xristian məbədi anlayışı haylarda, ümumiyyətlə Qafqazda bizdən başqa heç bir xalqda yoxdur! Bunu orta əsrlərə aid yazılı mənbələr də birmənalı şəkildə təsdiqləyir!
İndi isə gələk ermənilərin son üç gündə ətrafında ciddi “şou-maskarad” düzəltdikləri, az qala divarlarını acgözlüklə yalayaraq içində “timsah göz yaşları” axıtdıqları Xüdavənk məbədinə.
Bu məbəd də alban babalarımıza məxsusdur. XII-XIII əsrlərdə - Alban knyazlığının yüksəlişi dövründə Qarabağ bölgəsində bir çox xristian məbədləri ucaldılmışdı. Xaçın knyazlığı isə onların arasında xüsusilə seçilirdi. Bu nəslin nümayəndəsi, hökmdar və böyük mütəfəkkir Həsən Cəlal qısa müddət ərzində alban knyazlıqlarını birləşdirmiş, Albaniya çarı adını qazanmışdı. Onun tikdirdiyi Gəncəsar məbədi isə Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xüdavənk məbədi məhz bu Alban hökmdarı Böyük Həsən, onun oğlu Vaxtanq və həyat yoldaşı, qıpçaqların “böyük bəylərbəyi Qurd”un qızı Arzu Xatun tərəfindən inşa edilib.
Məbədin adında olan “Hüda” fars dilində “yaradan” (bu sözdən türklər də orta əsrlərə aid dini və bədii ədəbiyyatlarında geniş istifadə etmişlər), “Vənk” isə türkcədə “məbəd” deməkdir. Maraqlı məqam ondan ibarətdir ki, ermənilərin bu məbədi “Dadavank” adlandırmaları da türklərlə bağlıdır. Baxmayaraq ki, ermənilər "dada“ sözünü apostol Fadeyin tələbəsi olmuş və Qafqazda xristianlığı təbliğ etmiş və mənbələrə görə orada dəfn edilmiş Tadeylə əlaqələndirirlər. Lakin istənilən dilçi təsdiq edə bilər ki, Tadey adının Dadi şəklinə düşməsi mümkün deyil. Yəni bu izah, ermənilərlə bağlı olan hər şey kimi fiksiyadır, yalandır! Bu məbəd öz möhtəşəmliyi və əhəmiyyətinə görə Albaniyada seçilirdi. Məhz bu səbəbdən yerli qıpçaq və alban türkləri məbədə “dədəvənk” – yəni "məbədlərin dədəsi" adını vermişdilər!
İnşaallah, tezliklə tarixi keçmişimizin yadigarı olan bu məbədimizə də qovuşacağımız və ziyarət edə biləcəyimiz günə az qalıb.
Qarabağ AZƏRBAYCANDIR!!!

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...

8 mart, Klara Setkin və Purim

09.03.2010 XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…  Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda “bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…