Ana içeriğe atla

Kayıtlar

Ekim, 2013 tarihine ait yayınlar gösteriliyor

TÜRKIYƏDƏ “DEMOKRATIKLƏŞMƏ”

Türkiyədə AKP iqtidarının “Demokratikləşmə paketi”ni açıqlaması ilə, qardaş ölkədə siyasi ab-hava getdikcə dəyişməkdədir. Tərəfdarları olduğu kimi, əleyhidarları da olan paketə münasibət, bu gün Türkiyə ictimaiyyə tini ən azı iki yerə bölüb. Siyasilərdən tutmuş, ekspertlərə, ictimai fəallara, hətta sıravi insanlara qədər hər kəs, Türkiyənin gələcəyinə şübhəsiz ki, kifayət qədər ciddi şəkildə təsir edəcək bu yeniliyə öz münasibətini bildirir. “Demokratikləşmə paketi”ni bir “inqilabi dəyişiklik” kimi qiymətləndirənlərdən tutmuş, “vətənə xəyanət” olaraq dəyərləndirənlərə qədər hər kəs, bu qarışıq müzakirələrin içində öz mövqelərini ortaya qoymağa çalışır.  Əslində isə, paketin açıqlanacağı aylardır ki, Türkiyə gündəmində idi və rəsmi Ankara ictimaiyyəti köklü dəyişikliklərə hazırlamaq üçün müəyyən siqnallar verirdi. “Kürd açılımı” və ondan sonra gələn “PKK ilə atəşkəs razılaşması”, yayda baş verən “Gəzi parkı hadisələri” gözlənilən dəyişikliklərin bir növ carçısı hesab olunmalı idi.