Ana içeriğe atla

Kayıtlar

Kasım, 2013 tarihine ait yayınlar gösteriliyor

Bu gün Aşuradır

Bu gün Aşuradır. Məzhəbindən asılı olmayaraq hər bir müsəlmanın urəyində taxt qurmuş İmamımız Hz. Hüseynin (r.a.) Kərbəlada əsrlərdir dinməyən bir eşq dastanını yazdığı gündür. Şəhadətin şirin şərbətini qurtum-qurtum içərək, haqq dərgahınayüksəlməyin ərənliyini bütün dünyaya car çəkdiyi bir gündür. Bütün cahanın əsrlər öncə şahidi olduğu, amma qiyamətə qədər əsla unutmayacağı, sevgi ilə yovrulmuş bir ruhun baş qaldırmasıdır. Bu gün zəncir vurmaq, baş yarmaq günü deyil. Bu gun Qadir Mövlamızın (c.c.) eşqi ilə ürəklərin və ruhların riqqətə gəldiyi bir gündür. Hüseyndən gözəl bir aşiq varmı məgər? Onun ürəyindəki sevgidən böyük sevgi varmı? Sevgisinin şəhadətinə qovuşmaqdan gözəl bir hiss varmı, məgər? Kərbəla, ən uca olanın isminə aşiq olmanın adıdır. Onun adına ölümlə bağlanmış bir nigahdır. Kərbəla bir hayqırtıdır, ikiüzlüyə, xəyanətə, cahilliyə, qaranlığa qarşı bir fəryaddır. Fəryad nədir? Fəryad haqq uğruna ölməyin gur səsidir, bütün ruhu ilə sevgisi uğruna baş qoymqdır. Fəryad yaz