Ana içeriğe atla

Bu gün Aşuradır

Bu gün Aşuradır. Məzhəbindən asılı olmayaraq hər bir müsəlmanın urəyində taxt qurmuş İmamımız Hz. Hüseynin (r.a.) Kərbəlada əsrlərdir dinməyən bir eşq dastanını yazdığı gündür. Şəhadətin şirin şərbətini qurtum-qurtum içərək, haqq dərgahınayüksəlməyin ərənliyini bütün dünyaya car çəkdiyi bir gündür. Bütün cahanın əsrlər öncə şahidi olduğu, amma qiyamətə qədər əsla unutmayacağı, sevgi ilə yovrulmuş bir ruhun baş qaldırmasıdır. Bu gün zəncir vurmaq, baş yarmaq günü deyil. Bu gun Qadir Mövlamızın (c.c.) eşqi ilə ürəklərin və ruhların riqqətə gəldiyi bir gündür. Hüseyndən gözəl bir aşiq varmı məgər? Onun ürəyindəki sevgidən böyük sevgi varmı? Sevgisinin şəhadətinə qovuşmaqdan gözəl bir hiss varmı, məgər? Kərbəla, ən uca olanın isminə aşiq olmanın adıdır. Onun adına ölümlə bağlanmış bir nigahdır. Kərbəla bir hayqırtıdır, ikiüzlüyə, xəyanətə, cahilliyə, qaranlığa qarşı bir fəryaddır. Fəryad nədir? Fəryad haqq uğruna ölməyin gur səsidir, bütün ruhu ilə sevgisi uğruna baş qoymqdır. Fəryad yazıqlara bir ümid çırağı yandırmaqdır, zalımların qəlbinə qorxu salmaqdır. Sındırılmış ümidləri yenidən qaldırmaqdır. Kərbəla bir ümid dastanıdır həm də...
Bizim imanımız bunları anlamaqda çətinlik çəkdiyinə görə belə natamam qalıb. Biz bu yolu zəncir vurmaq, baş yarmaq tamaşasına çevirdik. Eşq yolunun şəhadət məktəbi şəbehlərə çevrildi. Məgər İslam budurmu? Məgər sevgini göstərmək beləmi olur? Heyf... 
Anlamadıq Qadir Mövlamızın bizə olan sevgisini... Görəmmədik sevimli Peyğəmbərimizin (s.a.s.) yolunu, sünnəsini... Aşiq ola bilmədik pirimiz Əli (r.a.) kimi... Onları tanıya belə bilmədik... Sevdik onları, amma şüursuzca, dərk edə bilmədik... Bizdə "məhəbbət" var. Amma "mərifət" olmadı ki, olmadı...
Biz o sirrə agah ola bilmədik...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Erməni terrorunun 17 ismi

Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi.  Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə ...

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür.