Ana içeriğe atla

Kayıtlar

Şubat, 2014 tarihine ait yayınlar gösteriliyor

“SARI GƏLIN” ƏFSANƏSİ

GERÇƏK SEVGİ HEKAYƏSİ, GERÇƏK SEVGİLƏR ÜÇÜN... Uzaqdan gələn yanıqlı bir ney səsi insanı xəyallar aləminə aparır. Bir türküdür neylə ifa olunan. İçində sevgi, xəyanət, sadiqlik və dönməzlik olan faciəli bir hadisəni yaddaşlara yüz illərdir ki, həkk edən və kimsənin unutmasına imkan verməyən bir türküdür. Bu səsdə bir möhtəşəmlik, bir əsrarəngiz sehr gizlidir. Elə bir türküdür ki, üzərində daşıdığı o dərin mənanı anlamayan, sadəcə anlamağa gücləri çatmayacaq bəzi “yarım millətlər” belə bu türkünü özlərininki etmək istəyərlər. Bu elə bir türküdür ki, ürəkləri parçalayan bir gerçək EŞQ hekayəsini yaşadaraq, bozqırlardan əsən yarımçiq bir türkü kimi qəlbləri param parça edir. Bu “Sarı Gəlin” türküsüdür.  Hər türkü bir gerçək hekayəni yaşadan kimi, onun da bir acı dastanı var. BİR TÜRKÜN ÖLMƏZ SEVGİSİ HAQQINDADIR! GERÇƏK SEVGİNİN ÖLMƏZ OLDUĞUNU SÜBUT EDƏN ƏN BARİZ NÜMUNƏ KİMİ! BİR TÜRKÜN ÜRƏYİNƏ VƏ RUHUNA TAM MÜTLƏQİ HAKİM OLAN BÖYÜK BİR SEVGİ DASTANIDIR! ÖRNƏKDİR...

Ərdoğanın İran səfəri: səbəblər və nəticələr

Yaxın Şərqdə Suriya çıxmazının davam etdiyi, dini radikal hərəkatların daha açıq şəkildə bölgədə siyasi güc və iradə ortaya qoyduğu, ABŞ-ın isə İranla münasibətlərinin yeni məcraya qədəm qoyduğu bir dönəmdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İran səfəri beynəlxalq ictimaiyyətin nəzərlərini üzərinə cəlb edə bildi. Davosda Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında Suriya məsələsi üzərindən başlayan “məzhəb qarşıdurması”, Ərdoğanın beş il əvvəl eyni yerdə israilli lider Şimon Peresə ünvanladığı “one minute” ifadəsi qədər səs gətirmədi.