Son illərdə türk dövlətlərində demoqrafik vəziyyətin heç də ürəkaçan olmadığını görməkdəyik. Türk respublikalarının iqtisadi inkaşafı və əhalinin sosial vəziyyətinin müsbət mənada dəyişməsinə rəğmən doğum faizi nisbətən aşağı düşməkdədir, «Ailə İnstitutu» anlayışı isə öz əvvəlki əhəmiyyətini getdikcə itirir. 7-16-cı əsrlər, Avrasiya məkanında türk xalqlarının üstün mövqedə olduqları bir ərəfədir. 900 il ərzində dünya tarixinə 17 böyük imperiya, yüzlərlə dövlət bəxş etmiş bu millət, hər iki qitədə öz hakim mövqeyini istər siyasi, istər hərbi, istərsə də elmi nailiyyətləri ilə ortaya qoymaqda idi. Bu tarixi dövrdə türk elementi dominantlıq təşkil edirdi. Türklərin sayı, onlara həmişə mənfi münasibəti ilə seçilən çin, slavyan, fars, avropa xalqları ilə müqayisədə artıma meylli idi.