Ana içeriğe atla

Kayıtlar

Nisan, 2015 tarihine ait yayınlar gösteriliyor

Lozannada müzakirə var, razılaşma yox

Bir neçə gün əvvəl Lozannada İranla “5+1” ölkələrinin əldə etdiyi razılaşmanın geninə boluna şərh edildiyini nəzərə alsaq, əslində bu mövzu üzərində xüsusilə durmağa bəlkə də ehtiyac qalmazdı. Lakin yazılan ve verilən şərhlərin əslində olanlardan daha çox görünənləri təqdim etməsinə yönəlik olması, mövzunun bir daha nəzərdə keçirilməsinə böyük ehtiyac yaratmaqdadır. Lozanna anlaşmasına əsasən İran mövcud nüvə mərkəzlərinin fəaliyyətini davam etdirəcək, sadəcə anlaşmada qeyd olunan müddəalara əsasən 10-15 il ərzində nüvə təsisatları dinc məqsədli nüvə enerjisi istehsal edəcək və ya tədqiqat mərkəzi kimi fəaliyyətini davam etdirəcək. Bunun qarşılığında isə İran mərhələli şəkildə uzun müddətdir ki, məruz qaldığı ağır embarqo və sanksiyalardan azad olacaq.