Ana içeriğe atla

Kayıtlar

Mart, 2016 tarihine ait yayınlar gösteriliyor

Brüssel terroru: səbəblər, nəticələr

Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi. Keçən ilə damğasını vurmuş Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Brüssel saldırısına ilk növbədə 3 suala cavab verməklə nəzər yetirməyə çalışacağıq:  1) Niyə Brüssel?; 2) Terror aksiyasının verdiyi mesajlar nədir?; 3) Bu hücumun Avropaya təsiri nə olacaq?

Ankara terroruna sözardı

Türkiyədə istər fevral, istərsə də bu günlərdə baş verən terror aksiyasının başlıca hədəfi Türk milləti və Türkiyə dövlətidir. Baş verən terror aksiyasını Türkiyə dövlətinin son günlərdə apardığı antiterror əməliyyatlarına və eləcə də Yaxın Şərq siyasətinə adekvat reaksiya, cavab olaraq qiymətləndirə bilərik. Ard-arda Ankaranın hədəf seçilməsinin özü Türkiyəni bir dövlət olaraq təhdid etmək mesajıdır ki, bu da təbii ki, rəsmi Ankaranı müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır. Bu terror aksiyasının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, eləcə də regionda maraqları olan və Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlərin marağı olduğunu söyləyə bilərik.