Ana içeriğe atla

Ankara terroruna sözardı

Türkiyədə istər fevral, istərsə də bu günlərdə baş verən terror aksiyasının başlıca hədəfi Türk milləti və Türkiyə dövlətidir. Baş verən terror aksiyasını Türkiyə dövlətinin son günlərdə apardığı antiterror əməliyyatlarına və eləcə də Yaxın Şərq siyasətinə adekvat reaksiya, cavab olaraq qiymətləndirə bilərik. Ard-arda Ankaranın hədəf seçilməsinin özü Türkiyəni bir dövlət olaraq təhdid etmək mesajıdır ki, bu da təbii ki, rəsmi Ankaranı müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır. Bu terror aksiyasının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, eləcə də regionda maraqları olan və Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlərin marağı olduğunu söyləyə bilərik. 
Kürd kartını ən kəskin şəkildə yenidən gündəmə gətirmək və bununla da bütün mümkün vasitələrlərdən yararlanaraq təzyiq aləti olaraq istifadə etmək başlıca məqsəddir. Eyni zamanda regionda marağı olan qüvvələrin bəziləri bu tip aksiyalardan faydalanaraq Suriyada realda imitasiya xarakterli olan atəşkəsin pozulmasında başlıca səbəbkar kimi Türkiyəni göstərməyi hədəfləyir və Türkiyəni daha açıq şəkildə regional münaqişəyə sürükləmək istəyirlər. Unutmayaq ki, bu terror təşkilatları Türkiyəni istəməyən xarici qüvvələr üçün "silahdır" və həmin qüvvələr bundan maksimim yararlanmağa niyyətlidirlər. Rusiyanın son 2 ayda kürd kartını maksimum dərəcədə qabartması fonunda ABŞ rəsmilərinin Türkiyə rəsmilərinə Suriyada kürdləri vuraraq, atəşkəsi pozmamaları üçün dəfələrlə xəbərdarlıq etmələri və buna adekvat olaraq rəsmi Ankaranın türk xalqının özünümüdafiə hüququna sahib olmaları barədə kəskin bəyənatı buna əyani sübutdur. Birmənalı şəkildə vurğulanmalıdır ki, Ankarada baş verən terror olayı, istər Suryada , istərsə də İraqda yeni proseslərin başlamasına təkan verəcək.
Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlməsi isə faktiki olaraq, Azərbaycanın bir qardaşlıq, həmrəylik addımı ataraq, istənilən hallarda Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirməsi deməkdir. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Bu Azərbaycnın, Azərbaycan prezidentinin Türkiyə iə həmrəy olduğunu ən açıq şəkildə göstərən bir jestdir və bir daha bu iki ölkənin nə qədər bir-birinə yaxın və qardaş ölkə olduğunun ən bariz nümunəsidir. Ehtimal etmək olar ki, səfər əsasında qaldırılacaq məsələlər də hərtərəfli və çoxşahəi olacaq. Azərbaycanla Türkiyənin münasibətləri çoxvektorludur və əminliklə demək olar ki, iqtisadi məsələlər - "Şahdəniz" yatağı və TANAP layihəsinin sürətlənməsindən tutmuş, postSovet məkanında baş verənlər, Yaxın Şərq, eləcə də Rusiya və İranın aktivliyi ilə bağlı bir çox məqamlar da hər iki qardaş ölkə prezidentlərinin müzakirə predmeti ola bilər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Hantinqton

Hantinqtonun təhlükəli nəzəriyyəsi  Samuel Hantinqtonun hay-küylü «mədəniyyətlərarsı münaqişələr» nəzəriyyəsi təhmin edilə biləcək şəkildə güclü mübahisələrə və dünya siyasətini izləyənlər arasında böyük dartışmalara – hətta iki amerikalı politoloqun dili ilə desək «nəzəriyyələrin toqquşmasına» səbəb oldu. Hantinqtonun nəzəriyyəsi bir çox məsələlərlə bağlı olsa da, xüsusilə beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti və İslam-Qərb, İslam-demokratiya münasibətləri sahələrində önəmli mübahisələr yaratdı. Yazı ilə bağlı münasibətləri nəzərdən keçirərkən onları şərti olaraq yeddi qrupa ayırmaq mümkündür. 

Zarafatlaşdığımız 1 aprel

Qeyd etdiyimiz və bəzən hətta səbrsizliklə gözlədiyimiz təqvim bayramları var ki, onların tarixini bəzən hətta bilmirik. Bilmədiyimizdən də bu «günün» əsl mahiyyətindən kənarda qalır, nəyi qeyd etdiyimizin fərqinə varmırıq. Bundan iki il əvvəl «8 mart» və «14 fevral»lın gerçək tarixləri ilə bağlı yazmışdım. Bu dəfə «1 aprel – Beynəlxalq gülüş günü» ilə bağlı yazmaq istədim.  Tam olaraq ortaya çıxması ilə bağlı bəlli bir tarixi olmayan «Aldatma günü» haqqında olan yazıları incələdiyimdə maraqlı və düşündürücü detallarla üzləşdim. Ümumiyyətlə aprelin ilk günündə zarafat etmənin Fransada 5 əsrlik bir ənənə olduğunu görmək mümkündür. Mövzu ilə bağlı ciddi araşdırmalar aparan Gabriella Kalapesin də qeyd etdiyi kimi, sözügedən günün tarixi ilə əlaqədar onlarla fikir mövcuddur və sadəcə bəziləri digərlərinə nisbətdə daha yayğındır və bilinir.