Ana içeriğe atla

Kayıtlar

Haziran, 2017 tarihine ait yayınlar gösteriliyor

İrana İŞİD-lə verilən mesaj

İranda gerçəkləşdirilən terror hücumunu İŞİD üstlənsə də, şübhəsiz ki, rəsmi Tehrana verilən mesajlar konkretdir. İlk növbədə diqqəti zamanlama çəkir. Ərəb ölkələrinin öz içində Qətərlə bağlı krizisin yaşandığı və bu böhranda İranın və dəstəklədiyi təşkilatların vacib səbəb kimi göstərildiyi bir zamanda baş verir. IŞİD-in Tahran hücumu, həmçinin ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda cərəyan edi r. Bu hücumun başlamasından iki gün əvvəl isə, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, Suriya hökumətinin İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılır.  Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilməkdədir.

Qətərin İran “sevdası” və ya Yaxın Şərqdə yeni ərəb rəqabəti

Yaxın Şərq əslində tarixi müəyyən qədər əvvələ gedib çıxan, lakin siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir “Ərəb qarşıdurması”na meydan olmaqdadır. Yeddi ərəb ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir: Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb bu kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin “Hizbullah” və “Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, “dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. “İxvan-ül Müslimin” hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək saxlayan bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əla