“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi və hər keçən gün məhv edilmiş terrorçuların sayının artdığı bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar beynəlxalq media vasitəsi ilə ortaya atıldı. Əsəd rejiminə bağlı rəsmi qüvvələrin Afrinə daxil olacağı və bununla bağlı YPG/PYD terror qruplaşmaları ilə razılıq əldə edilməsi ilə bağlı xəbərlər bir sıra aparıcı media konqlomeratlarının baş xəbərinə çevrildi. Hətta Reuters belə, sanki Suriyada yeni bir dönəmin başlanacağının anonsu kimi təqdim etdi, ictimaiyyətə sızdırılan bu xəbəri.