Ana içeriğe atla

Afrin uğrunda rəqabət?

“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi və hər keçən gün məhv edilmiş terrorçuların sayının artdığı bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar beynəlxalq media vasitəsi ilə ortaya atıldı. Əsəd rejiminə bağlı rəsmi qüvvələrin Afrinə daxil olacağı və bununla bağlı YPG/PYD terror qruplaşmaları ilə razılıq əldə edilməsi ilə bağlı xəbərlər bir sıra aparıcı media konqlomeratlarının baş xəbərinə çevrildi. Hətta Reuters belə, sanki Suriyada yeni bir dönəmin başlanacağının anonsu kimi təqdim etdi, ictimaiyyətə sızdırılan bu xəbəri. 

Əslində baş verənlər sadəcə olaraq mövcud reallıqları qəbul etməkdə çətinlik çəkən və baş verənərin fonunda özünə uyğun gedişlər etməyə çalışan rejimin daha artıq dərəcədə öz mpvcudluğunu təsdiq etmək cəhdləri kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu cəhdlərə təşviq edən amillər isə, elə onu dəstəkləyən və münaqişə başlanandan indiyədək öz maraqları naminə Suriyadakı münaqişənin daha da alovlanması və qanlı olmasına, torpaqlarının isə faktiki olaraq parçalanmasına rəvac verən İran və Rusiyadır. Yəni, əgər Əsəd bu qərarı tək qəbul etmir və edirsə burada mütləq Tehran və Moskva amilləri var. 

O zaman ortaya belə bir sual çıxır: Əsəd rejimi Afrini hədəf götürməklə faktiki olaraq Ankaranı qarşısına alaraq riskə getmirmi?

Təbii ki, Suriyanin Afrinə daxil olmasının reallaşması, bölgədə bütün mövcud dəngələri alt-üst edə biləcək miqyasda bir gediş kimi dəyərlənirilə bilər. Və heç şübhəsiz ki, Suriyadakı hazırki mövcud reallıqları, heç də Əsəd və ya ona müttəfiq olan Rusiya və İranın maraqlarına zidd bir ortam kimi də qiymətləndirmək olmaz. Yəni, hazırda Suriyada olan qüvvələr balansı, ümumiyyətlə mövcud şərait Əsədə və müttəfiqlərinə əlverişli şəraitdir. Elə isə, Afrinə daxil olarsa bu vziyyətin dəyişəcəyini heç şübhəsiz ki, anlayan Əsəd-Tehran-Moskva üçbucağının buna gedəcəyi nə dərəcədə realdır? Və ya sualı belə qoyaq: Hazırki şərtər daxilində istər İran, istərsə də Rusiya Türkiyə ilə münasibətlərinə xələl gətirəcək addımlar atarlarmı? Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Əsədin qəbul etdiyi istənilən qərarın arxasında həm də İran və Rusiya amilinin dayandığı bütün dünyaya məlum həqiqətdir və istənilən bu kimi radikal qərarın qəbul ediləcəyi təqdirdə nə Moskva, nə də Tehran bunun əksini Ankaraya inandıra bilməz. Türkiyə son illərin xarici siyasəti ilə sadəlövh olmadığını bölgədə ortaya qoymağa müvəffəq olmuş ən ciddi oyunçudur. Digər tərəfdən, belə bir addımın atılması heç şübhəsiz ki, xarici təzyiqlərin təsiri ilə formalaşmiş (bu fikri dəfələrlə öz təhlillərimizdə qeyd etmişik) və hələ də kövrək olan Ankara-Tehran-Moskva birliyini dağidacaq. Sırf xarici təsirlər altında formalaşmiş bu ittifaq ilk növbədə Qərbə qarşı bölgədə bir dayanışma idi və onun Afrində sarsılması, həm də Suriya və İraqda yeni mərhələnin başlanğıcı olacaq. Digər tərəfdən isə, ittifaqın sarsılması, Türkiyəni öz yanına çəkmək üçün faktiki olaraq çoxsaylı cəhdlər edən, son proseslərlə bölgədə mövqeləri kifayət qədər sarsılmış ABŞ üçün göydəndüşmə bir fürsət olar. 

Bu zaman ortaya yeni sual cixir: Tehran və Moskva rəsmi Suriyanı Afrinə doğru itələməklə nə dərəcədə ədə etdikləri nailiyyətləri - ilk növbədə isə Əsəd rejiminin hakimiyyətdə daha da möhkəmlənməsini və Ankaranın müttəfiq olaraq onlarla bir yerdə olmasını təmin edə biləcəklər? Unutmayaq ki, Əsede qarşı ən kəskin mövqeyi hər zaman məhz Türkiyə sərgiləməkdə idi. Hətta əvvelki təhlillərimizdə də qeyd etdiyimiz kimi, Ankara Suruyadakı qarşıdurmaların və terror təşkilatlarını fəaliyyətlərinin kökündə başlıca problem olaraq məhz Əsədi və onun rejimini görməkdə idi. Qərb başlıca hədəf olaraq İŞİD-i göstərdiyi zaman belə, Ankara bununla razılaşmayaraq, “xəstəliyin kökü Əsəddir, İŞİD isə simptomdur” məşhur bəyənatını vermişdi. Və indi dəyişən dəngələr fonunda Ankaranın Əsədə münasibətinin bir qədər yumuşaldığı halda, bu nüsabətlər yenidən kəskinləşdirmək, nə dərəcədə Tehranın, Moskvanın, elə Əsədin özünün maraqlarına cavab verir? Şbhəsiz ki, cavab vermir. 

Və nəhayət, son sual: Əsədin Kürd terror təşkilatları ilə razılaşması realdırmı? Son iki gündə yayılan xəbərlər biri-birini təkzib etməkdədir. Bundan əvvəl müsahibələrimzdə də qeyd etdiyimiz kimi, Əsəd kürd qruplaşmaları ilə əməkdşlığa getməklə, özünü Ankaranın hədəfinə çevirməyəcək. Separatçı qruplaşmaların Əsədlə razılaşması yalnız o halda ola bilər ki, YPG/PYD qüvvələri tamamən həmin nöqtələrdən çıxır və Afrini tamamən Əsədə tərk edirlər. Terror qruplaşmaları isə bunu istəmir. Daha doğrusu, onların arxasında duran ABŞ heç bir zaman buna razılıq verməz. Amerika, onsuz da mövqeləri kifayət qədər güclənmiş İranın, Suriydakı bütün əraziərdə, hakim olmasını qəbul etmək niyyətində deyil. Baxmayaraq ki, amerikalılar, türklərin də geclənməkdə olan mövqelərini həzm edə bilmirlər. 

Bu gün Afrində baş verənlər, heç şübhəsiz ki, Suriyanın gələcək şəklinin formalaşmasında önəmli əhəmiyyətə malik hadisələrdir. Əgər bu gün İranın və Əsədin birbaşa dəstəklədiyi şiə “Haşdi-Şaabi” qruplaşması və ya son yayılan xəbərlərdən də bilindiyi kimi, “Hizbulaha” bağlı dəstələrin Afrin istiqamətində müəyyən aktivliyi müşahidə edilirsə və ya Moskva qeyri-rəsmi şəkildə separatçı kürd qruplaşmaları ilə Əsəd arasında danışıqların aparılmasına cəhdlər edirlərsə, bu həm də o deməkdir ki, pusquda duran və müttəfiq kimi görünən “dostlar” da dişlərini qıcıyaraq gözlərini ora zilləməkdədirlər. Və bu gün bölgədə marağı, baş verən prseslərdə istər dolayı, istərsə də birbaşa iştirakı olan irili-xırdalı bütün qüvvələri birləşdirən ən vacib məqam məhz Türklərin bu bölgədə yenidən möhkəmlənmələrini istəməmələridir. Osmanlının süqutu ilə Yaxın Şərqdən sıxışdırılaraq çıxardılan Türkiyə, Cümhuriyyətin quruluşunun 100 illiyi ərəfəsində qurulan çirkli oyunlara rəğmən, bütün dünyanın gözləri qarşısında yenidən bölgəyə qayıdır. Və Türkiyə bu oyunda təkdir. Zatən Türkün nə zaman özündən başqa dostu oldu ki?

Yorumlar

Bu blogdaki popüler yayınlar

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib. 

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Əlamüt şeyxinin sirli dünyası

1098-ci ildə Fransa imperatorunun şəxsi nümayəndəsi qraf De La Kotye bir neçə həftəlik uzun və ağır yol qət etdikdən sonra, nəhayət ki, səfərinin əsas məqsədinə – Əlamüt qalasına çatdı. İranın şimalında, dağların əhatəsində yerləşən bu qala, öz əlçatmazlığından daha çox, sahibinin adı ilə məşhurlaşmışdı. Qraf, məhz qəsrin sahibi ilə görüşmək üçün bu qədər uzun və təhlükəli yol qət etmişdi. Həsən ibn Əs-Sabbah fransızların səfirini şərq lütfkarlığı və eyni zamanda soyuqqanlığı ilə qarşıq bir şəkildə qarşıladı. Bu öz növbəsində hər şeyi ifadə edə biləcəyi kimi, heç nəyi də göstərə bilərdi. Şərq ölkələrində yaşadığı illər ərzində qraf bir həqiqəti dərk etmişdi – insanın necə gülməsi və ya nə danışması əhəmiyyət kəsb etmir. Əhəmiyyətli sayıla biləcək şey – həmin insanın nə zaman və necə hərəkət etməsidir. Qrafın qarşısına qoyulan məqsəd də, məhz, bu sonuncunu aydınlaşdırmaqdan ibarət idi – Şeyx Həsən və onun müridləri nə etməyə hazırlaşırlar.