Ana içeriğe atla

Kayıtlar

Mart, 2018 tarihine ait yayınlar gösteriliyor

NOVRUZ - TÜRKÜN «YENİ GÜN» BAYRAMI

Bahar bayramı insanlığın qeyd etdiyi ən qədim bayramladan biri, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir ki, bir çox xalqlar bu bayramı «özünküləşdirməyə» çalışır, müxtəlif rəvayət və bağlarla onu özlərinə calamağa səy göstərirlər. E.Əlibəyzadə qeyd edir ki, qədim şumer eposu «Bilqamıs» dastanında bahar bayramımız «yeni il», «yeni gün», «yazın ilk günü», «bahar bayramı» kimi adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Çin qaynaqlarından Kutaqdu Biliyə, Kaşqarlı Mahmuddan Biruniyə, Nizamül Mülkün Siyasətnaməsindən Məlikşahın təqviminə qədər, Ağqoyunlu Uzun Həsənin qanunlarınadək dava edən çoxəsrlik bir silsilə boyu Novruz ilə bağlı qeydlərə rast gəlmək olar. Digər tərəftən Sivas hökmdarı Qazi Bürhanəddin Əhməd, Osmanlılarda Sultan I Əhməd və Sultan IV Murad, Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və şeyxülislam Yəhya Əfəndinin, şairlərimizdən Pir Sultan Abdal, Füzuli, Şəhriyar və Məhdumqulunun uzun bir tar