Erməni terrorizmi hələ 19-cu əsrdən başlayaraq beynəlxalq terrorun tərkib hissəsinə çevrilib. Bununla əlaqədar olaraq 1885-ci ildə ilk erməni terror təşkilatı – “Armenakan” yaradılmış, daha beş il sonra “Hnçaq” və “Daşnaksütyun” bu sıraya qoşulmuşdur. Yaradılan terror təşkilatlarının başlıca məqsədi qədim türk yurdlarının hesabına xəyali “Böyük Ermənistan” qurmaq və bu ərazilərdə yaşayan yerli türklərə qarşı soyqırım həyata keçirmək idi. Məhz həmin dövrdən başlayaraq ermənilərin terror şəbəkəsi erməni qriqoryan kilsəsinin və Çar Rusiyasının da aktiv dəstəyi ilə şəbəkələşərək Azərbaycan və Türkiyənin Anadolu vilayətlərində yerli türk əhaliyə qarşı müxtəlif səpkidə terror aksiyaları həyata keçirməyə başladırlar. Müəyyən qədər qərbin imperialist qüvvələri tərəfindən dəstəklənən bu qruplaşmalar, Osmanlı ərazilərində ixtişaşlar törədərək birinci dünya müharibəsi illərində sözün həqiqi mənasında türk dövlətini arxadan vurmaqla, imperiyanın zəifləməsi və dağılması üçün ciddi fəaliyyətdə oldu