Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Hədəf yenə də mülki əhali oldu. Birinci Qarabağ savaşında da belə edirdilər. İnsanlarımızı, silahsız mülki əhalini hədəfə çevirirdilər. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır. Bütün bunlar göstərir ki Ermənistan üçün beynəlxalq hüququn norma və prinsipləri mövcud deyil. Bir teror dövlətinin edə biləcəyi bundan artıq nə ola bilər ki? Beynəlxalq hüququn bütün prinsip və normalarına arxa çevirən bir ölkədən başqa nə gözləmək olar? Hətta çirkin niyyətlər