Ana içeriğe atla

Kayıtlar

Aralık, 2013 tarihine ait yayınlar gösteriliyor

Osmanlıda erməni qiyamı

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GİZLİ TƏŞKİLATLAR-ERMƏNİ İŞBİRLİYİ Gizli təşkilatların hər zaman qarşılarına qoyduğu başlıca məqsəd dünya hegemonluğuna nail olmaq və bununla da ideoloji hədəflərindən irəli gələn məqsədlərini gerçəkləşdirmək olub. Orta əsrlərdən başlayaraq bu təşkilatlar öz hədəflərinə çatmaq üçün hər vasitədən istifadə ediblər. Hədəfdə olan imperiya və xalqları çökdürmək və ya zəiflətmək üçün çoxu zaman bu vasitələr kiçik etnik qruplar və ya 5-ci kalon funksiyasını icra edə biləcək ictimai-siyasi birlik və təşkilatlar olub. Geniş imkanlara və böyük gücə malik olan “Alliance İsraelite” gizli təşkilatı I Dünya Müharibəsi illərində Antanta dövlətlərini, xüsusilə də “ingilis tacını” var qüvvəsi ilə dəstəkləməkdə idi. Antanta dövlətlərində də, başda İngiltərə olmaqla bu gizli təşkilatın missiya və hədəflərinə xidmət edən bir çox mason siyasətçilər var idi.

ƏRDOĞAN-GÜL(ƏN) QARŞIDURMASI

Türkiyə silkələnməkdədir. Əvvəlcə səs-küylü həbslər, ardınca bu həbsləri həyata keçirənlərin istefaya göndərilməsi biri-birinin ardınca şok effekti yaratmaqdadır. Qardaş ölkədə siyasi iqtidar sonu görünməyən ciddi bir daxili burulğanın və qarşıdurmanın içinə girməkdədir, sürətlə… Əslində hər şey necə başladı 14 may 2000-ci ildə Fəzilət Partiyasının qurultayında sədrliyə iki namizəd var idi. Bunlar yenilikçi qanaddan Abdullah Gül və ənənəçi qanaddan Rəcai Qutan idi. «Milli görüş» çizgisində olan bir partiyada ilk dəfə idi ki, ciddi olaraq iki namizəd sədrlik kürsüsü uğrunda yarışmaqda idi.  Bu iki namizədin ortaq cəhəti o idi ki, siyasətlə məşğul olmaları qadağan edilən iki siyasətçi tərəfindən dəstəklənirdilər. Gülün arxasında Ərdoğan, Kutanın arxasında isə Nəcməddin Ərbakan dururdu.Yenilikçilər partiyanın iqtidar olması üçün mərkəzlə barışmanın, başda ABŞ olmaqla qərbin dəstəyini əldə etmək üçün proqramlar qəbul etməyin tərəfdarı idilər. Onlar bu istiqamətdə yerli ü