Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2014 tarihine ait yayınlar gösteriliyor

İslam və Qərb mediası - araşdırma

Son onillikdə müsəlmanlara və İslama aid Qərb Kütləvi İnformasiya Vasitələrində nəşr olunmuş yazıları daha dərindən nəzərdən keçirsək, məlum 11 sentyabr terror hadisəsindən sonra münasibətin daha sərt məcra daşımasının şahidi ola bilərik. Əgər əvvəllər İslam daha çox gerilik və kobudluqla əlaqələndirilirdisə, indi qərbin «IV hakimiyyəti» bu mübarək dini terrorizm, fundamentalizm və müharibə konteskstində səciyyələndirir. Bu gün dünya müsəlmanları mass-mediada İslamın həqiqi mahiyyətini təhrif edən, dezinformasiya və saxtakarlıqlarla dolu olan bir kompaniyanın şahidi olmaqdadır. Heç də düşünmək lazım deyil ki, bütün bu təbliğat İslam dini, mədəniyyəti və ənənələri ilə tanış olmayan qərb kütləsinə yönəlib. Fikrimizcə, post-xristian çərçivəsində tərbiyə almış qərb «obıvatel»i heç də bu kompaniyanın ulaşmağı qarşısına məqsəd qoyduğu hədəf deyil. Əsas zərbə gücü əslində, öz dini ilə az tanış olmuş, lakin özünü İslam dininin nümayəndəsi sayan «ənənəvi müsəlmanlar»a və qərb mədəniyyətini

Azərbaycan və Türk tarixinin gizlin qüvvəsi: ƏXİLİK - araşdırma

Türk Fütüvvət təşkilatı – Əxilik - Müslüman Türk Millətinin sosial-mədəni və sosial-iqtisadi həyatının şəkillənməsində, türk-islam vəhdəti ilə milli kimliyinin formalaşmasında son dərəcə əhəmiyyətli rol oynamış bir təşkilatın adıdır. Anadolu səlcuqlularının hakimiyyəti zamanı dövrün sosial-mədəni və sosial-iqtisadi şərtləri altında formalaşmışdır. Həqiqi məna və dərin anlamını mütəsəvviflərin (sufilərin) təsiri altında qazanan fütüvvətçiliklə qədim Türk mədəniyyəti dəyərlərinin sintezi, təşkilatın xarakterinin şəkillənməsində təsirli olub. Təqribən 500 il bu təşkilat Türk millətinin Ön Asiya və qismən də Yaxın Şərqdə sosial, iqtisadi, dini, əxlaqi, mədəni və siyasi həyatında vacib funksiyaları yerinə yetirib.