2015-ci il daxil olandan Yəmən gündəmdən düşmür. Əvvəl Parisdə “Charlie Hebdo” dərgisinə edilən hücumla gündəmə gələn Yəmən, indi daxilində baş verən maraqlı proseslərlə diqqəti öz üzərinə cəmləşdirməkdədir. Əslində Ərəb yarımadasının cənubunda yerləşən Yəmən, 1990-cı ildə tək bir dövlət halında birləşdikdən sonra, bir iç savaş və daxili qarşıdurmalar yaşamaqdadır. Əvvəllər Şimali və Cənubi olmaq üzrə iki hissəyə parçalanmış olan Yəmənə, birləşmək uğur və bütövlük gətirmədi. Şimali, daha sonra isə birləşmiş Yəmənin paytaxtı olan Səna şəhəri, Ədən şəhərinin mərkəz olduğu cənub torpaqları, eləcə də ölkənin şimal və şimali-şərq ərazilərində öz nüfuzunu təsdiq edə bilmədi. Beləliklə də, unitar ölkə olmasına rəğmən Sənada yerləşən Yəmən iqtidarı öz gücü və təsirini ölkənin tamamına qəbul etdirməyə müvəffəq ola bilmədi.