Ana içeriğe atla

Parisdə açılan müəmmalı atəş

Əslində Avropanın göbəyində həm Parisdə, həm də Belçikanın Verviers şəhərində açılan atəşlər, qarşıdan gələn bir çox hadisələrə fərqli istiqamət verə biləcək gücdə idilər. Bu gün Avropa küçəsində eşidilən güllə səsləri, sabahın yeni və qaranlıq hadsiələrinin carçılarıdır. 

İŞİD Parisdə Avropaya meydan oxudu. Bununla da, Suriyada üç ilə yaxındır ki, davam edən qətliamların bir ucunun əslində onlara da toxuna biləcəyini anlatdı. Zamanında Qərb Suriyada baş verənlərə, Yaxın Şərqdə baş verən bütün hadisələrdə olduğu kimi, ikili yanaşmasaydı bütün bunlar olmazdi. Bu gün Paris, üç il bundan əvvəl Suriya müxalifətinin bütün çağırışlarına rəğmən Əsədə münasibətdə, il yarim bundan əvvəl Türkiyənin çağırışlarına rəğmən İŞİD-ə münasibətdə Qərbin ikili yanaşmasının bədəlini ödəməkdədir. Və bu peşmanlığı Fransanın prezidenti Olland artıq etiraf etdi. Lakin artiq gecdir. "Müsəlmanlar biri-birini qırsınlar, bizə nə", - fəlsəfəsi ilə yanaşarsansa, olacağı budur. 
Amma baş verənlərdə maraqlı məqamlar var ki, onlara diqqət etməmək olmur. Hədəf kimi dəfələrlə İslam peyğəmbərini təhqir edən “Charlie Hebdo”nun seçilməsi əslində gözlənilən idi. Ona görə ki, bundan əvvəl də nəşr etdiyi karikaturalara görə inanclı müsəlmanların təzyiqlərinə məruz qalmışdı. Lakin jurnal, nədənsə olanlardan nəticə çıxartmaq əvəzinə sanki, əsəbləri daha da tarıma çəkmək üçün yarışa girmişdi. Nəticəsi: 12 ölü.


Niyə Fransa?

Hədəf kimi niyə məhz adı çəkilən dərginin götürüldüyünü yuxarıda qeyd etdik. Amma Paris adının özü də maraqlı məqamlardandır. Təkcə onunla yox ki, bu şəhər Fransanın paytaxtıdır və ya mədəni Avropanın göbəyidir və s. və i.a. Həm də ona görə ki, təqribən üç ay əvvəl, - sentyabrın ortalarında İŞİD-ə qarşı 40-a yaxın ölkənin dəstəyi ilə formalaşdırılan koalisiya toplantısı məhz bu şəhərdə keçirilmişdi. Bu məhz o koalisiya idi ki, Türkiyə o koalisiyaya bir az soyuq yanaşmışdı və ABŞ xarici işlər naziri Con Kerrinin həmin ərəfədə Türkiyə ziyarəti zamanı rəsmi Ankara, koalisiyaya əsgəri deyil, sosial dəstək verə biləcəyini açıqlamışdı. Bu həmin Türkiyədir ki, Parisdə açılan gülləlrələ paralel, Belçikada açılan atəşlə öz vətəndaşını itirdi. Bu həmin Türkiyədir ki, bir neçə gün sonra baş naziri Davos forumuna qatılmadan öncə, məhz küçəsində vətəndaşı qətlə yetirilmiş Belçikaya səfər edəcək.
Əslində hədəf olaraq Fransanın seçilməsi bir sıra başqa parametrlərə görə də maraq doğurur. Məsələn, Fransanın Daxili İşlər Nazirliyinin 2 il əvvəl yaydığı statistik məlumat diqqətçəkicidir. Fransada hər il 4 min insan dinini dəyişdirərək İslamı qəbul edir. Ölkədə dini və etnik zəmində statistik say hesabatı aparılması qanuni olmadığı üçün müsəlman əhalinin sayını sadəcə təhmin edə bilərik: minimum 6-7 milyon civarında...
Ölkədə terrorla mübarizə dəstələrinin 20 gün əvvələ qədər Paris, Normandiya və Tuluzada İŞİD-ə qarşı həyata keçirdiyi geniş miqyaslı əməliyyatda ortaya çıxan məlumat da maraqlıdır. Fransanın rəsmi dairələri, ölkədən təqribən min nəfərədək insanın İŞİD sıralarına qoşulduğunu, bunların təqribən yarısının isə münaqişə bölgəsində olduğunu, İŞİD-ə qatılanların ¼-nin sonradan müsəlman olan fransızlardan ibarət olmasını təxmin edirlər. 
2014-cü ilin noyabr ayında İŞİD tərəfindən yayımlanan iki videoda isə fransız olduğu ehtimal edilən və əlində kalaşnikov avtomatı tutan bir İŞİD üzvünün, Fransaya hücum çağırışı etdiyi, ikinci videoda müsəlman olduğunu söyləyən bir başqa militanın bənzər bir çağırış etdiyi görünür. Videoların yayımlanmasından əvvəl Fransa, 19 sentyabrda İŞİD-ə qarşı ilk hava hücumu gerçəkləşdirmişdi. 
Bu videoların ardınca fransız polisi həyəcən siqnalı verdi. Hətta cəmiyyət arasında baş qaldıran qorxu və çaşqınlığı aradan qaldırmaq üçün Fransanın Daxili İşlər naziri Bernard Cazeneuve mətbuata açıqlama verərək sivillərə yönəlik təhdidin Fransanın İŞİD-ə qarşı mübarizəsində haqlı olduqlarını göstərdiyini bildirdi: “Lakin Fransa qorxmur. Çünki bu təhdidlərə qarşı hər zaman hazırlıqlıydı, indi də hazırdır”. 
Amma yanvarın 7-də baş verən terror deyəsən bunun belə olmadığını ortaya qoydu (?). 
Dekabr və yanvar ayları, xristian dünyası üçün mövlud bayramları düşünülərsə, zatən təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olan dövrlərdir. Bu amilə videolar vasitəsi ilə verilmiş təhdidləri və İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada Fransanın əhəmiyyətli rolu da əlavə edilərsə, bu ölkə son dərəcə diqqətli olmalı idi. Ayrıca hücumun gerçəkləşdirildiyi dərginin fəaliyyətləri, sadəcə İslamı deyil, hər üç böyük dini də dəfələrlə hədəfə alması buranın ayrıca “qorunan” yer olması gərəkdiyini düşündürür.


Maraqlı məqamlar...

Terror aktını İŞİD bibaşa üstlənməsə də, rəsmi kanalları ilə, tərəfdarlarının edə biləcəyini açıqladı. Yəni İŞİD-in özünün belə bir əməliyyatın hazırlanmasından tam xəbəri ola bilərdi deyildiyi kimi, əksini də iddia etmək olar. Amma görüntülərdə olanlar, İŞİD-in həvəskar simpatizanlarından daha çox peşəkar hərbçilərə oxşayırdılar. 
Əslində baş verən terror hadisəsində maraqlı və sual doğuran məqamlar çoxdur. Məsələn, Paris və Nyu-Yorkda hələ aylar öncə terror planlaşdırılması ilə bağlı xəbərlər medianən gündəminə belə gətirlmişdi. Fransa təhlükəsizlik orqanları hər hansı bir terror hücumu ola biləcəyi ilə bağlı açıqlama vermişdilər. Parisdə bununla əlaqədar ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülmüşdü. Və bütün bu açıqlamalar və tədbirlərə rəğmən günün gündüz vaxtı, Avropanın ən hərəkətli şəhərində əli silahlı bir neçə nəfər redaksiya binasına basqın edir, hamını güllələyir və hətta sonra da küçədə polisləri qətlə yetirərək rahat şəkildə avtomobilə minib uzaqlaşırlar. 
Daha bir maraqlı məqam, məsələn, hücum edənlərin təkbir işarəsini sol əllə vermələridir. Dindar müsəlmanlar gözəl bilirlər ki, Allahın təkliyinin simvolu kimi qəbul edilən bu işarə, yani işarət barmağının yuxarı qaldırılması sağ əllə edilir. Ümumiyyətlə İslamda sağ və sol əllə bağlı konkret hökmlər mövcuddur və müqayisədə sağ ələ üstünlük verilir və bu prinsipial əhəmiyyət daşıyır. Lakin sol əllə işarət barmağının havaya qaldırılması peşəkar hərbçilərin də istifadə etdiyi bir işarədir və “toparlanın”, “yığışın” mənasını ifadə edir. Polisin qətlə yetirildiyi videoya diqqət baxdıqda, hücum edənlərin də məhz hərbçi kimi, soyuqqanlı davranmaları, atış mövqelərini sərbəst seçmələri və özlərini təhlükəyə atmamaları aydın sezilir. Adətən dini terror təşkilatlarında əməliyyatı həyata keçirənlər özlərini qorumağı deyil, daha çox adam tələf etməyi düşündüklərindən, təhlükəsizliklərinin qeydinə bir o qədər qalmırlar. Və ümumiyyətlə, radikalistlərin dəsti-xətti “gəlib, qırıb yoxa çıxmaq” deyil, “gəlib, həm özünü, həm də daha çox adamı öldürmək və bununla da hamıya meydan oxuyaraq şəhadətə qovuşmaq” prinsipi ilə olur. Bir neçə gün bundan əvvəl Türkiyədə baş verən və bir polisin ölümü ilə nəticələnən terror hadisəsi kimi. Vurğulamaq istərdik ki, məhz bu terror hadisəsində aktı törədənin Rusiya vətəndaşı olan qadın olduğu rəsmən bilinən məlumatlar arasındadır. 


Terror hadisəsindən yararlananlar

Əslində belə bir variantın agla gəlməsinə səbəb, baş verənlərin 11 sentyabra oxşamasıdır. O zaman qələmi qırılan Səddam Hüseyn oldu. Bəhanə isə nüvə silahlarının olması barədə səfsəfə. 
Ehtimal etmək olarmı ki, bu dəfə Qərb artıq Bəşər Əsədin qələmini qırmaq niyyətinə düşüb? Diqqət edək: Fransa Prezidenti Fransua Holland, cəmi 2 gün əvvəl, - yani 5 yanvar tarixində Suriyada kimyəvi silah tətbiq edildiyinin ortaya çıxmasından sonra bu ölkəyə yönəlik hərbi müdaxilə gerçəkləşdirmədiklərindən peşman olduğunu bildirmiş, hətta Əsədi şeytana da bənzətmişdi (ABŞ-ın İraqa müdaxilədən əvvəlki “şər üçbucağı” ifadəsi yada düşür…). Əslində Əsədin getmək zamanı çatıb. Bunu artıq tərəflərin hamısı anlamaqdadır. Əgər indiyədək post-Əsəd dövrü ilə bağlı qaranlıq gələcəklə əlaqədar ehtiyat hiss var idisə, İŞİD faktoru bu ehtiyat hissini tamamilə atəş yanğısına çevirdi: yani, bundan daha pis zatən ola bilməz. 
5 yanvarda dilə gətirilən bu peşmanlıq etirafından 2 gün sonra, İŞİD Parisin ortasında basqın təşkil edir. Maraqlıdır…
Başqa bir detal isə Fransa senatının 27 gün əvvəl Fələstini dövlət olaraq tanınmasını tələb edən qərar layihəsini qəbul etməsidir… 
Terror hadisəsi baş vermiş faktdır. Amma bu hadisədən hansı qüvvələrin yararlanacağını müəyyənləşdirmək, bəlkə də onun pərdəarxasına işıq sala bilən amil ola bilər. Bu terror hadisəsi nəticəsində, onsuz da son bir neçə ayda İslamafobiya azarına tutulan və getdikcə sağ-millətçiləri populyarlıq qazanan Avropada yeni ab-hava yaradacaq. Məsələn, bütün Avropada PEGİDA (Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar - Patriotic Europeans Against the Islamization of the West) –nın mövqeləri daha da güclənəcək. Və ya tam əminliklə söyləmək olar ki, qarşıdan gələn seçkilərdə Lipen və rəhbərli etdiyi Milli Cəbhə daha artıq səs toplayaraq mövqelərini gücləndirəcək və anti-müsəlman ahval-ruhiyyənin kəskinləşməsinə səbəb ola bilər. Fransada son 24 saat ərzində məscidlərə ən azı 3 hücum təşkil edilib. 
Bu bir dövlət olaraq hazırda baş verən geosiyasi proseslərin fonunda Fransanın dövlət maraqlarına cavab verir. Başqa bir məqam, onsuz da, Ərəb baharından sonra dəngələri alt-üst olan Yaxın Şərqdə Səudiyyə Ərəbistanı kralı Abdulanın ölümündən sonra yeni ssenarilərin yazılışında və reallaşmasında Fransanın iştrakı msələsidir. Parisin “11 sentyabrı” Fransaya artıq o haqqı tanımaqdadır. Ən azı “anti-terror” əməliyyatlarında birbaşa iştirak etmək adı ilə. Zatən terror hadisəsindən bir neçə saat əvvək Fransa Müdafiə Nazirliyi Fars körfəzinə özünün təyyarə daşıyan gəmilərini göndərəcəyini açıqlamışdı. Zamanlama diqqət çəkir. Gəminin İŞİD-ə qarşı yaradılmış beynəlxalq koalisiyanın əməliyyatlarında iştirak edəcəyi bildirilirdi. 
Bu olanlardan öz xeyri üçün yararlanmağa çalışan digər tərəf isə Rusiyadır. Bu həmin Rusiyadır ki, Avropa və ABŞ əl-ələ verib Ukraynaya görə, iqtisadiyyatını uğurla çökdürməkdədirlər. Və bu həmin Rusiyadır ki, nəsə son zamanlar Əsədə qarşı soyuyub və əksinə müxalif qüvvələrlə görüşlər təşkil edir, hətta Ankaranı da bu işə cəlb etmək niyyətindədir. Və nəhayət, bu həmin Rusiyadır ki, bu gün vətəndaşı Belçikada güllələnən, 2 gün bundan əvvəl isə İstanbul Turizm Müdürlüyü kimi əhəmiyyətsiz bir yerdə (terror üçün niyəsə məhz belə yer seçilib) polisi şəhid olan Türkiyə ilə yanacaqla bağlı razılaşmalar əldə edib. Avropa ilə Ukraynaya görə münasibətləri korlanmış şimal qonşumuzun az qala bütün incəsənət xadimləri və siyasətçiləri “varvarların Avropa hücumunu” pisləməkdə və bir ağızdan “yüksək Avropa mədəniyyətini” vəsf etməkdədirlər. Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov artıq vaxt itirmədən Farnsaya çağırış edib və bildirib ki, Fransada və Rusiyada törədilmiş terror aktlarının mənbəyi eynidir. Puşkovun fikrincə, “Fransa və Rusiya münasibətləri sahmana salaraq terrorizmə qarşı birgə mübarizə aparmalıdır. Buna görə də bu dövlətlər bir-birləri ilə münaqişə aparmaqdansa, birlikdə əməkdaşlıq etməlidirlər”. Halbuki məhz həmin rusiyalı xadimlər, son aylarda Avropanın ünvanına demədiklərini buraxmamışdılar. Avropanın içdən qarışması, “ümumi düşmən təhlükəsi”, terror və nasist hərəkatlar Rusiyanın xeyrinədir. Neftin qiymətinin düşməsi, Rusiyanın valyuta ehtiyatının azalması, Çinin Rusiya ilə ticarətdə rubldan imtina etməsi Moskvanın ağır günlərə qərq olacağını göstərir və bu, Putinin hazırda çıxış axtardığına işarədir. Çixiş isə - İslam adı ilə törədilən terrorizm!
Və indi belə bir sual ortaya çıxır: Bu terror hadisəsi daha çox hansı qüvvələrin əlinə yaradı? İŞİD-in, yoxsa qarşı tərəf(lər)in?

Və beləliklə, Parisdə və Verviersdə açılan atəşlərin yaratdığı mənzərələr ərəb saçı kimi qarışıq və qaranlıqdır, ehtimalların hansının gerçək, hansının düz olduğunu anlaya bilməyəcəyimiz qədər. Xatırlayırsınızsa, birinci dünya müharibəsi də belə başlamışdı. Bir terrorçunun Avropada küçənin ortasında törətdiyi siyasi qətllə…

Yorumlar

Bu blogdaki popüler yayınlar

Salam, Azərbaycan əsgəri!

B u gün bütün dünyanın gözü qarşısında sənin rəşadətin və hünərinlə yeni tarix yazılmaqdadır. Bu tarix - son iki yüz illik ağrı acılarımıza bir məlhəmdir sanki. Işğaldan azad etdiyin hər kənd, hər qəsəbə, hər şəhər natamam olan bütünlüyümüzün yaralı hissələridir. Bu yaraları sağaldacağıq, mütləq sağaldacağıq, təki sən şəhid qanı ilə yoğrulmuş üç rəngli bayrağımızı Qarabağın hər qarışında vüqarla dalğalandır. Xocalıda ləkə vurulmuş namusumuzu qanın, canın bahasına təmizləyən Azərbaycan əsgəri! Bizim hər birimizin Azərbaycan adlı bir sevdası var. Bu sevda haqqında qanı ilə dastan yazan sənsən. Sən canından can verdin vətənə, Vətən oldun. Yüz illər əvvəl, dünyanın dörd bir yanında qılıncının hökmü ilə haqq və ədalətin yer üzündəki kölgəsi olmuş şəhid və qazi babalarının yolu ilə gedən Azərbaycan əsgəri! Qadir Mövlam yar və yardımçın olsun! Haqq bizimlədir! Haqq sənsən!!!

Dədəvənk məbədi

Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəir ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Başkeçiddə nə baş verir?

Başkeçiddə son iki gündə yaşananlar heç şübhəsiz ki, təəssüf doğurur. İlk baxışdan məişət zəminində baş verdiyi düşünülən toqquşmanın etnik-milli zəmində münaqişəyə çevrilməsində üçüncü qüvvələrin maraqlı olduğu heç şübhəsizdir. Hər halda hadisələrin gedişatı narahatlıq doğurur və Gürcüstan hökümətinin tez bir zamanda səbəbkar olan tərəfə layiqli cəza verəcəyinə ümid edirik. Lakin maraqlı məqam bu toqquşmanın baş verdiyi zamandır. Məhz bu səbəbdən yuxarıda da “məişət zəminində baş verdiyi düşünülən” ifadəsini qeyd etdim. Amma zamanlamaya keçməzdən əvvəl bir neçə cümlə qarşıdurmada iştirak edən svanlar barədə...